Slimfit
  1. MEDİA

01.04.2016 - 05.04.2016-cı il tarixinədək davam edən Aprel döyüşləri ZƏFƏRƏ APARAN yolun başlanğıcı.

01.04.2016 - 05.04.2016-cı il tarixinədək davam edən Aprel döyüşləri ZƏFƏRƏ APARAN yolun başlanğıcı.
Sakura

01.04.2016 - 05.04.2016-cı il tarixinədək davam edən Aprel döyüşləri ZƏFƏRƏ APARAN yolun başlanğıcı.

01.04.2016 - 05.04.2016-cı il tarixinədək davam edən Aprel döyüşləri ZƏFƏRƏ APARAN yolun başlanğıcı.

 2016-cı il  aprelin 1-dən  2-nə keçən gecədən başlayaraq  Azərbaycan ordusu  və Ermənistan   hərbi birləşmələri arasında hərbi münaqişə baş vermişdir.Tarixə bu döyüş əməliyyatı Zəfər müharibəsi və ya Aprel döyüşləri  kimi düşmüşdür.Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş,  Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər,  Cəbrayıl  rayonunun Lələ təpə  yüksəkliyi və  Cocuq Mərcanlı, Goranboy rayonunun  Gülüstan  kəndi, Tərtər rayonunun  Qazaxlar  kəndi və  Tərtər rayonunun  Suqovuşan  kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur .5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri  2,000  hektarlıq ərazini azad etmişdir. Aprel döyüşləri zamanı strateji əhəmiyyətə malik yüksəkliklər düşməndən azad edilmişdir.Bu 4 günlük savaş 44 günlük Vətən müharibəsinə aparan uğurlu bir yol idi.

Aprel döyüşləri zamanı Azərbaycan ordusunun 94 hərbi qulluqçusu şəhid oluş 144 hərbi qulluqçusu yaralanmışdır. Düşmən tərəf bu döyüşlərdə 350 nəfər itki və 500 nəfərdən çox yaralı  vermişdir.

Bu döyüş əməliyyatlarında Qaradağ  rayonu üzrə 45 nəfər iştirak etmişdir. Onlardan 1-şəhid olmuşdur və 5 qazimiz vardır.Şəhidimizə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir. 06.04.2022-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun və İcra Hakimiyyəti aparatının məsul şəxsləri ilə bərabər qazilərimiz və şəhid ailəsi ilə görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış etdikdən sonra qazilərin və şəhid ailəsinin problemləri və onları narahat edən məsələlər araşdırılmışdır.Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR