Slimfit
  1. CƏMİYYƏT

"10 yaşlı yandırılan Nərmin üçün susma" adlı imza kampaniyası başladıldı

"10 yaşlı yandırılan Nərmin üçün susma" adlı imza kampaniyası başladıldı
Sakura

"10 yaşlı yandırılan Nərmin üçün susma" adlı imza kampaniyası başladıldı

Noyabrın 21-i Tovuzun Dondar Quşçu kəndində itkin düşən və yanvarın 6-da axşam saatlarında yaşadığı evin yaxınlığında yandırılmış meyiti tapılan Nərmin Quliyevanın faciəli qətli bütün sosial medialarda böyük səs-küy yaratdı. Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs Nərmin üçün susma haştağı ilə postlar paylaşıb, bu cinayəti törədənin tapılıb, ən ağır cəza ilə cəzalandırılmasını tələb etdi.

BiG.AZ xəbər verir ki, Nərminin cinayətinin araşdırılmasında atılan növbəti addım "10 yaşlı yandırılan Nərmin üçün susma" başlığı ilə başladılan imza kampaniyasıdır. Sözügedən kampaniyada yazılanları təqdim edirik:

" Azərbaycanda cinayətlərin sayı artır. Ən sonuncusu, acımasız cinayətlərdən biri, bəlkə də birincisi olan 10 yaşlı Nərmin Quliyeva'nın yandırılması səbr kasamızı daşırdı. Nərmin'i kim yandırıb, niyə yandırıb bilmirik amma, Nərminin qatilinin onun öldüyü şəkildə öldürülərək cəzalanmasını istəyirik. Azərbaycanda edam cəzası bərpa olunmazsa, belə cinayətlərin daha da artacağına heç bir şübhə etmirik. Bakıda öldürülən itlər üçün susmamalı idik amma susduq, yandırılan heyvanlar üçün susmamalı idik amma susduq, Leyla üçün susmamalı idik amma susduq, yoldaşı tərəfindən öldürülən qadınlar üçün susmamalı idik amma susduq, susmamalı olduğumuz o qədər cinayətlər oldu amma susduq. Bu dəfə susmamalıyıq və susmayacayıq da. Cinayətkarların ən ağır şəkildə cəzalanmasını istəyirik. Həbs olunmasını yox, edam edilməsini istəyirik".

Kampaniyada iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq imza qoya bilərsiniz:

www.change.org

Qeyd edək ki, yandırılmış meyiti tapılan Nərmin Quliyeva bu gün dəfn olunub. Cinayəti törədənin kimliyi hələ də məlum deyil. Faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR