Slimfit
  1. PSİXOLOGİYA

15 dəqiqə ərzində doğru qərar vermək üçün nə etməli?

15 dəqiqə ərzində doğru qərar vermək üçün nə etməli?
Sakura

15 dəqiqə ərzində doğru qərar vermək üçün nə etməli?

Hər gün eyni dərəcədə cəlbedici variantlar arasında seçim edərkən hədsiz dərəcədə vaxt və enerji sərf edirik.

Baxmayaraq ki, onlar bizə eyni dərəcədə əhəmiyyətli görünürlər, onlardan hər biri özünə görə bizi cəlb edir, nəticədə biz güzəştə getməyə məcbur oluruq. Hətta bəsit msələlərdə belə - tutalım, əgər biz yalnız kələm salatı və qızıl balıq arasında seçim edəndə belə (biri yüngül və faydalıdır, qızılbalıq isə çətin kəzm olunan, dadlıdır, amma çox miqdarda karbohidrat var) xeyli enerji və vaxy itkisinə yol veririk.

Dediyimiz kimi, hətta belə adi qərarlar bizdən bu qədər vaxt və güc alırsa, gündəlik işlərimizdə, daha ciddi durumlarda bunun necə olduğu təsəvvür ediləndir. Hər cür çətin qərar zamanı daha səmərəli davranmağı necə öyrənə bilərik? Ens.az sizə kömək edəcək üç üsulu təqdim edir.

Birinci üsul, gündəlik problemlərlə əlaqəli yorğunluğu əhəmiyyətli dərəcədə azaltmaq üçün vərdiş gücündən istifadə etməkdir. Burda əsas mahiyyət odur ki, nəyəsə vərdiş etsəniz, məsələn, nahar üçün hər zaman bir salat yeyirsinizsə, o zaman artıq bu məsələ ilə bağlı qərar verməyiniz lazım deyil. Bu yolla digər şeylər üçün enerjiyə qənaət edirsiniz.

Bu, proqnozlaşdırıla bilən və yalnız müntəzəm qərarlar qəbul edildikdə təsirli bir üsuldur. Bəs qeyri-adi vəziyyətlər haqqında nə demək olar?

İkinci metod kortəbii qərarları asanlaşdırmaq üçün "əgər / birdən " alqoritminin istifadəsini əhatə edir. Məsələn, təsəvvür edin, kimsə davamlı olaraq sizin sözünüzü kəsir və buna necə reaksiya verəcəyinizi bilmirsiniz. Bu vəziyyətdə qayda belə səslənəcək: bir insan bir söhbətdə iki dəfə mənim sözümü kəsirsə, ona irad bildirəcəm.

Bu iki üsul: vərdişin gücü və əgər/birdən olarsa, prinsipi həyatda qarşılaşdığımız bir çox tipik və gündəlik qərarların sürətlənməsinə kömək edəcəkdir.

Bununla belə, böyük, strateji qərarların problemi qalır ki, onlar nə qabaqcadan proqnozlaşdırıla bilir, nə də vərdiş halında olur.

Buna görə üçüncü bir qərar vermə üsulu var: bu, taymerdən istifadə etməkdir. Qarşınızdakı problemlər kifayət qədər araşdırılıbsa, seçimlər eyni dərəcədə cəlbedicidir və dəqiq cavab tapa bilmirsinizsə, düzgün yolu təyin etməyin mümkün olmadığını qəbul edin və sadəcə qərarlardan birini seçin.

Uzun müddətdir təxirə saldığınız bir həll yolu seçin, özünüzə üç dəqiqə vaxt verin - və uğur qazanacaqsınız. Əgər həll olunmamış problemlərlə üzləşmisinizsə, bir kağız parçasını götürün və bunların siyahısını hazırlayın. Əvvəlcədən özünüzə vaxt təyin edin və bir-bir, həmin zamanda mümkün olan bütün qərarların ən yaxşısını qəbul edin. Seçəcəyiniz istənilən qərar - artıq bu qərarı verdinizsə- sizə rahat bir nəfəs almağa və irəliləməyə imkan verəcəkdir. Problemlərin ağırlığından ən yaxşı müalicə, davamlı qabağa baxmaq və dayanmamaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR