Slimfit
  1. MEDİA

15 İyun - Milli Qurtuluş günü

15 İyun - Milli Qurtuluş günü
Sakura

15 İyun - Milli Qurtuluş günü

14 iyun 2021-ci il tarixində 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş videokonfrans keçirildi.           

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov,  Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şura üzvləri, RİH başçısı aparatının şöbə müdirləri, rayon qəsəbə nümayəndələri, rayon qəsəbə bələdiyyələrinin sədrləri,YAP Qaradağ rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, İctimai təşkilatların rəhbərləri iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 28 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz Ümummilli Lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir. Bunların nəticəsidir ki, Azərbaycan 44 günlük müharibədə Zəfər əldə etmiş, torpaqlarımızı erməni işğalçılarından təmizlənməsinə nail olmuşdur. Bu gün Qarabağ bölgəsində böyük quruculuq işləri sürətlə davam etməkdədir.       

Milli Məclisin Deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov  çıxış edərək bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

Milli Məclisin deputatı Səbinə Xasayeva 1993-cü il 15 İyun tarixini qayıdış günü kimi qiymətləndirdi. Qeyd etdi ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Hazırda bu siyasət Prezidentimiz və Mehriban xanım tərəfindən uğurla davam etdirilir.

Digər çıxış edənlər rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və rayon DTX-nın rəisi Samir Həsənov 1993-cü il iyun hadisələrində respublikadakı ictimai asayışın vəziyyəti barədə danışdılar və bayram münasibətilə iştirakçıları təbrik etdilər.

Videokonfransı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov yekunlaşdırdı və bayram münasibətilə bir daha təbriklərini çatdırdı.

 

Qaradağ Rayon İcra Hakimiyyəti 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR