Slimfit
  1. İDMAN

19 yaşlı müdafiəçi Juventus-da ən ödənişli ikinci oyunçu olacaq

19 yaşlı müdafiəçi Juventus-da ən ödənişli ikinci oyunçu olacaq
Sakura

19 yaşlı müdafiəçi Juventus-da ən ödənişli ikinci oyunçu olacaq

Ajax-ın kapitanı Matteys de Liqt Juventus-a keçməyə yaxındır.

Turin klubu 19 yaşlı müdafiəçiyə illik 14 milyon avro məvacib ödəməyə hazırdır. "Qoca sinyora"nın hollandiyalı futbolçunun klubuna isə 70 milyon avroluq təklif göndərdiyi bildirilir.

Əgər De Liqtin Juventus-a keçidi gerçəkləşsə, o, A Seriyasında Kriştiano Ronaldodan sonra ən yüksək ödənişli 2-ci futbolçu olacaq. Portuqliyalı superulduzun illik gəliri 31 milyon avrodur.

Qeyd edək ki, ötən mövsüm Ayax-ın heyətində 55 oyun keçirən de Liqt 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Komandasına Hollandiya çempionluğu və kubokunun qazanılmasında kömək edən gənc yarımmüdafiəçi eyni zamanda Çempionlar Liqasında yarımfinal oynayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR