Slimfit
  1. CƏMİYYƏT

190 manatın verilməsinə başlanıldı

190 manatın verilməsinə başlanıldı
Sakura

190 manatın verilməsinə başlanıldı

Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb. 

Ens.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı birdəfəlik ödənişi alan vətəndaşlar sosial şəbəkədə paylaşıb. Bildirilib ki, artıq məvaciblər bu statusa uyğun şəxslərin bank hesablarına köçürülməyə başlayıb.

Qeyd edək ki, ümumilikdə 16 şəhər və rayon üzrə 287 min nəfərə ödənişin həyata keçirilməsi planlaşdırılıb və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb. 

Xatırladaq ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək  uzadılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR