Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

20 Yanvar faciəsi sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən qanlı cinayətdir

20 Yanvar faciəsi sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən qanlı cinayətdir
Sakura

20 Yanvar faciəsi sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən…

Yanvarın 19-da Azərbaycanın Serbiyadakı səfirliyi Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışılıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırılıb. 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun və mövcud rejimin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edilib. Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən məlumat xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb.

Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR