Slimfit
  1. MARAQLI

200 min dollara pişik satılır: Sahibi əmin edir ki, alan peşman olmayacaq

200 min dollara pişik satılır: Sahibi əmin edir ki, alan peşman olmayacaq
Sakura

200 min dollara pişik satılır: Sahibi əmin edir ki, alan peşman olmayacaq

İnsanlar bəzən heyvanların nadir növləri üçün böyük pullar xərcləyir. Bir müddət əvvəl saytlarda çox bahalı pişik satışa çıxarılmışdı.

Rusiyanın Çelyabinsk vilayətindən olan pişiyin sahibi iddia edib ki, bu pişiyi alan adam peşman olmayacaq, çünki onun sevimli heyvanı xoşbəxtlik gətirmək gücündədir. Bizimyol.info xəbər verir ki, həmin adam heyvanı 12,5 milyon rubla (təxminən 318 min manat) satmağa hazırlaşır.

Rusiyalı pişiyini belə baha satmağını təkcə xoşbəxtlik gətirmək qabiliyyəti ilə bağlamır, deyir ki, heyvan yeni sahibini gözdəymədən də qoruyacaq. Onsuz da sevimli pişiklə ayrılmaq ağırdır, buna görə də kiçik məbləğdən söhbət gedə bilməz.

Sosial şəbəkələrdə isə baha qiymətə görə satıcını çox qınayırlar. Yazırlar ki, pişiyin sahibi lap ağlını itirib, bu şərtlərlə müştəri tapmaq mümkünsüzdür. Üstəlik, həmin adamın sadəcə, pişiyinə diqqət çəkmək fikrində olduğunu iddia edənlər də var.

Çelyabinsk sakini pişiyini baha qiymətə satmaq eşqinə düşən ilk rusiyalı deyil. Bir müddət əvvəl bir kemerovalı pişiyini 5 milyon rubla satışa çıxarmışdı. Ev heyvanının sahibi iddia edirdi ki, pişiyin ekstrasenslik qabiliyyəti var.

İndiyə qədər ən bahalı pişik Çində satılıb. Alıcı Savanna cinsli ev heyvanına 22 min ABŞ dolları xərcləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR