Ens.az
16 sentyabr 2019, bazar ertəsi
.
chevron_left chevron_right
DÜNYA

2019 Avroviziya Mahnı Müsabiqəsi

2019 Avroviziya Mahnı Müsabiqəsi

327 Baxış
2019 Avroviziya Mahnı Müsabiqəsi

2019 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2019; fr. Concours Eurovision de la chanson 2019) — sayca 64-cü Avroviziya Mahnı Müsabiqəsidir. Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. 1979 və 1999-cu ildən sonra bu İsraildə keçirilən üçüncü Avroviziya olacaqdır. İsrailin paytaxtı olan Qüds şəhəri iki dəfə müsabiqəyə ev sahibliyi etmiş olsa da, Avropa Yayım İttifaqı və IBPC telekanalının birgə qərarı ilə Avroviziya 2019-a ev sahibliyi üçün liman şəhəri olan Tel-Əviv seçilmişdir. Müsabiqə Expo Tel Aviv arenasında, "Dare to Dream" (ing. Xəyal etməyə cəsarət et) şüarı altında keçiriləcəkdir. Müsabiqənin yarımfinalları 14 və 16 may, final isə 18 may tarixində baş tutacaqdır. Erez Tal, Bar Rafaeli, Assi Azar və Lüsi Əyyub müsabiqəyə aparıcılıq edəcək.

7 noyabr 2018-ci il tarixində Avropa Yayım İttifaqı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da 42 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2018-ci ildə Avroviziyada iştirak edən ölkələrdən Bolqarıstan maliyyə problemləri səbəbindən Tel Əvivdə keçirilən müsabiqədə iştirak etməyəcək. 27 fevral tarixində milli seçim turlarında yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdir.

 

Keçirildiyi yer

Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır.

 

Məkan

Müsabiqə 2015-ci ilin yanvar ayında təmirinin başa çatdırıldığı və 10,000 nəfəri qəbul edə biləcək olan Tel-Əviv Konqres mərkəzində keçiriləcək. Tel-Əviv şəhərinin şimalında, Rokax bulvarında yerləşən məkanda müxtəlif konsertlər, sərgilər, toplantılar və s. keçirilir. 2018-ci ilin aprel ayında məkan 44 ölkənin iştirak etdiyi Avropa Cüdo Çempionatına ev sahibliyi etmişdir.

 

Tender mərhələsi

Avroviziya 2018-də qələbə qazandıqdan sonra səhnədə Netta Barzilay 2019 Avroviziya Mahnı Müsabiqəsinin paytaxt Qüdsdə keçiriləcəyini elan etmişdir. İsrailin baş naziri Benyamin Netanyahu da öz Twitter hesabından Avroviziyanın Qüdsdə keçiriləcəyini qeyd etmişdir. Lakin bu qərar Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hələ ki, öz təsdiqini tapmayıb.

İsrailin maliyyə naziri Moşe Kaxlon Maariv qəzetinə müsahibədə müsabiqənin yalnız Qüdsdə keçirilə biləcəyini vurğulamış və müsabiqənin dəyərinin 120 milyon Yeni İsrail şekeli olacağını qeyd etmişdir. Qüds meri Nir Barkat müsabiqənin 1979 və 1999-cu illərdə keçirildiyi Beynəlxalq Konvensiya mərkəzinin Avroviziya 2019 üçün çox kiçik olduğunu bildirərək, Teddy Stadium və eyni zamanda Jerusalem Arenanı müsabiqə üçün uyğun görmüşdür.

Müsabiqə üçün nəzərdə tutulan digər arena isə Təl-Əvivdə yerləşən Menora Mivtachim Arena olsa da, şəhər meri Ron Hulday Təl-Əvivin Avroviziya 2019-a ev sahibliyi etməyəcəyini açıqlamışdır. Digər mümkün məkanlar isə Hayfada yerləşən Sammy Ofer Stadium və Beer-Şevada yerləşən Turner Stadiumdur. Lakin hər iki stadionun tavanı yoxdur və müsabiqənin qaydalarını görə müsabiqə qapalı arenada keçirilməlidir.

Şəhər Arena Tutum Qeyd
Beer-Şeva Turner Stadium 16,126 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi.
Eylat Limandakı anqarlar 10,000 Təklif iki anqarın birləşdirilərək bir stadion yaradılmasına və beləliklə AYİ-nin şərtlərinə uyğun olmasına bağlı idi.
Hayfa Sammy Ofer Stadium 30,870 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi.
Qüds Teddy Stadium 31,733 Təklif stadionu əhatə edən müvəqqəti və ya daimi bir tavanın inşasına bağlı idi.
Jerusalem Arena 15,654
Təl-Əviv Expo Tel Aviv 10,000

 

Format

Yarımfinallara bölünmə səbətləri

İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədi ilə 28 yanvar 2019 tarixində Assi Azar və Lüsi Əyyubun aparıcılığında Tel-Əvivdə püşkatma keçirilmişdir.

Püşkatmanın ilk mərhələsində ev sahibi-ölkə İsrail və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edilmişdir. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri təyin olunmuşdur. Hər yarımfinalda 18 ölkə iştirak edəcək. Hər yarımfinalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' də daxil olmaqla cəmi 26 ölkə finalda iştirak edəcək. AYİ, 26 yanvar 2019 tarixində yarışmanın rəsmi telesəsvermə üzrə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 36 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət 2-ci Səbət 3-cü Səbət 4-cü Səbət 5-ci Səbət 6-cı Səbət
  • Flag of Albania.svg Albaniya
  • Flag of Montenegro.svg Monteneqro
  • Flag of Serbia.svg Serbiya
  • Flag of Slovenia.png Sloveniya
  • Flag of North Macedonia.svg Şimali Makedoniya
  • Flag of Croatia.svg Xorvatiya
  • Flag of Denmark.svg Danimarka
  • Flag of Estonia.svg Estoniya
  • Flag of Finland.svg Finlandiya
  • Flag of Iceland.svg İslandiya
  • Flag of Sweden.svg İsveç
  • Flag of Norway.svg Norveç
  • Flag of Azerbaijan.svg Azərbaycan
  • Flag of Belarus.svg Belarus
  • Flag of Armenia.svg Ermənistan
  • Flag of Georgia.svg Gürcüstan
  • Flag of Russia.svg Rusiya
  • Flag of Ukraine.svg Ukrayna[q 1]
  • Flag of Australia.svg Avstraliya
  • Flag of Ireland.svg İrlandiya
  • Flag of Latvia.svg Latviya
  • Flag of Lithuania.svg Litva
  • Flag of Poland.svg Polşa
  • Flag of Portugal.svg Portuqaliya
  • Flag of Austria.svg Avstriya
  • Flag of Belgium (civil).svg Belçika
  • Flag of the Czech Republic.svg Çexiya
  • Flag of Switzerland.svg İsveçrə
  • Flag of Hungary.svg Macarıstan
  • Flag of the Netherlands.svg Niderland
  • Flag of Cyprus.svg Kipr
  • Flag of Malta.svg Malta
  • Flag of Moldova.svg Moldova
  • Flag of Romania.svg Rumıniya
  • Flag of San Marino.svg San-Marino
  • Flag of Greece.svg Yunanıstan
  1.  Ukrayna püşkatmadan bir ay sonra müsabiqədə iştirakını dayandırdı.

 

İştirakçı ölkələr

 
     Birinci yarımfinalda iştirak edən ölkələr     Finalda birbaşa iştirak edən və birinci yarımfinalda səs verən ölkələr     İkinci yarımfinalda iştirak edən ölkələr     Finalda birbaşa iştirak edən və ikinci yarımfinalda səs verən ölkələr

41 ölkənin iştirak etdiyi Avroviziya 2019 otuz beş ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda on yeddi, ikinci yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi İsrail müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yenidən iştirak edən ifaçılar

  • Rusiya təmsilçisi Sergey Lazarev daha öncə 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmiş və finalda 3-cü yerə layiq görülmüşdür.
  • San-Marino təmsilçisi Serhat daha öncə Avroviziya 2016-da ölkəni təmsil etmişdir.
  • Şimali Makedoniya təmsilçisi Tamara Todevska daha öncə 2008 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmişdir. O, eyni zamanda 2004-cü ildə Toşe Proeskini, 2014-cü ildə isə bacısı Tiyana Dapçeviçi səhnədə dəstək vokalçı olaraq müşaiyət etmişdir.
  • Macarıstan təmsilçisi Yoçi Papai daha öncə 2017 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmiş və finalda 8-ci yeri tutmuşdur.
  • Serbiya təmsilçisi Nevena Bojoviç daha öncə Moje 3 qrupunun üzvü kimi 2013 Avroviziya Mahnı Müsabiqəsində Serbiyanı təmsil etmişdir.
  • Litva təmsilçisi Yuriyus daha öncə 2013 və 2015-ci illərdə Litva təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşaiət etmişdir.

 

1-ci yarımfinal

1-ci yarımfinalda on yeddi ölkə iştirak edəcək. Fransa, İsrail və İspaniya bu yarımfinalda səs verəcək.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə
01 Flag of Cyprus.svg Kipr İngiliscə Tamta "Replay" Təkrar oynat
02 Flag of Montenegro.svg Monteneqro İngiliscə D mol "Heaven" Cənnət
03 Flag of Finland.svg Finlandiya İngiliscə Darude ilə Sebastian Reyman "Look Away" Üz döndər
04 Flag of Poland.svg Polşa Polyakca, İngiliscə Tulia "Fire of Love (Pali się)" Sevgi atəşi (Yan)
05 Flag of Slovenia.png Sloveniya Slovencə Zala Kraly və Qaşper Şantl "Sebi" Özünə
06 Flag of the Czech Republic.svg Çexiya İngiliscə Lake Malawi "Friend of a Friend" Dostumun dostu
07 Flag of Hungary.svg Macarıstan Macarca Yoçi Papai "Az én apám" Mənim atam
08 Flag of Belarus.svg Belarus İngiliscə ZENA "Like It" Bəyən
09 Flag of Serbia.svg Serbiya Serbcə, İngiliscə Nevena Bojoviç "Kruna" (Круна) Tac
10 Flag of Belgium (civil).svg Belçika İngiliscə Eliot "Wake Up" Ayıl
11 Flag of Georgia.svg Gürcüstan Gürcücə, Abxazca[q 1] Oto Nemsadze "Keep On Going" İrəliləməyə davam et
12 Flag of Australia.svg Avstraliya İngiliscə Keyt Miller-Haydki "Zero Gravity" Sıfır qravitasiya
13 Flag of Iceland.svg İslandiya İslandca Hatari "Hatrið mun sigra" Nifrət qalib gələcək
14 Flag of Estonia.svg Estoniya İngiliscə Viktor Kron "Storm" Fırtına
15 Flag of Portugal.svg Portuqaliya Portuqalca Konan Oziriş "Telemóveis" Mobil telefonlar
16 Flag of Greece.svg Yunanıstan İngiliscə Katerina Duska "Better Love" Daha yaxşı sevgi
17 Flag of San Marino.svg San-Marino İngiliscə, Türkcə Serhat "Say Na Na Na" Na na na de
  1.  Mahnının adı ingiliscə olsa da, mahnı gürcü dilində ifa edilmişdir.

 

2-ci yarımfinal

2-ci yarımfinalda on səkkiz ölkə iştirak edəcək. Almaniya, Böyük Britaniya və İtaliya bu yarımfinalda səs verəcək.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə
01 Flag of Armenia.svg Ermənistan İngiliscə Srbuk "Walking Out" Çölə çıxmaq
02 Flag of Ireland.svg İrlandiya İngiliscə Sara MakTernan "22"
03 Flag of Moldova.svg Moldova İngiliscə Anna Odobesku "Stay" Qal
04 Flag of Switzerland.svg İsveçrə İngiliscə Luka Henni "She Got Me" Məni tutdu
05 Flag of Latvia.svg Latviya İngiliscə Carousel "That Night" O gecə
06 Flag of Romania.svg Rumıniya İngiliscə Ester Peoni "On a Sunday" Bazar günündə
07 Flag of Denmark.svg Danimarka İngiliscə, Fransızca,
Danca, Almanca
Leonora "Love is Forever" Sevgi əbədidir
08 Flag of Sweden.svg İsveç İngiliscə Con Lundvik "Too Late for Love" Sevgi üçün çox gec
09 Flag of Austria.svg Avstriya İngiliscə Paenda "Limits" Hüdudlar
10 Flag of Croatia.svg Xorvatiya İngiliscə, Xorvatca Roko Blajeviç "The Dream" Yuxu
11 Flag of Malta.svg Malta İngiliscə Mikela Paç "Chameleon" Buqələmun
12 Flag of Lithuania.svg Litva İngiliscə Yuriy Veklenko "Run with the Lions" Şirlərlə qaç
13 Flag of Russia.svg Rusiya İngiliscə Sergey Lazarev "Scream" Qışqırıq
14 Flag of Albania.svg Albaniya Albanca Yonida Maliçi "Ktheju tokës" Vətənə dön
15 Flag of Norway.svg Norveç İngiliscə, Şimali Saamca KEiiNO "Spirit in the Sky" Səmadakı ruh
16 Flag of the Netherlands.svg Niderland İngiliscə Dankan Lourens "Arcade" Arkada
17 Flag of North Macedonia.svg Şimali Makedoniya İngiliscə Tamara Todevska "Proud" Məğrur
18 Flag of Azerbaijan.svg Azərbaycan İngiliscə Çingiz Mustafayev "Truth" Həqiqət

 

Final

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Ev sahibi ölkə (İsrail);
  • Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.

18 may tarixində keçiriləcək final mərhələsində 26 ölkə iştirak edəcək. Finalda müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak edəcək.

Ölkə Dil Müğənni Mahnı Tərcümə
14 Flag of Israel.svg İsrail (ev sahibi-ölkə) İngiliscə Kobi Marimi "Home" Ev
  Flag of Germany.svg Almaniya İngiliscə S!sters "Sister" Bacı
  Flag of the United Kingdom.svg Böyük Britaniya İngiliscə Maykl Rays "Bigger than Us" Bizdən daha böyük
  Flag of France.svg Fransa Fransızca, İngiliscə Bilal Həsəni "Roi" Kral
  Flag of Spain.svg İspaniya İspanca Miki "La venda" Sarğı
  Flag of Italy.svg İtaliya İtalyanca, Ərəbcə Mahmud "Soldi" Pul

Digər ölkələr

Aşağıda göstərilən ölkələrin 2019-cu ildə Avroviziyada iştirak etməyəcəkləri təsdiqlənmişdir.

Avropa Yayım İttifaqına üzv ölkələr

  • Flag of Andorra.svg Andorra – On il ərzində Avroviziyaya qatılmamasına baxmayaraq, Andorra mətbuatı RTVA telekanalının müsabiqəyə qayıtmaq niyyətində olmasını elan etmişdir. Lakin bu cırtdan ölkənin müsabiqədə bir-birini izləyən uğursuz nəticələri və eyni zamanda maliyyə çətinlikləri telekanalı Avroviziyada iştirakdan çəkindirmişdir. Müsabiqəyə geri dönüş üçün RTVA Andorra Hökumətindən maliyyələşdirmə tələb etmişdir. May ayının 19-da Andorra telekanalı ölkənin 2019-cu ildə Avroviziyada iştirakının baş tutmayacağını bildirmişdir. Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Flag of Bulgaria.svg Bolqarıstan - Bolqarıstan Milli Televiziyası (BNT), 2019 Avroviziya Mahnı Müsabiqəsində ilkin iştirakını təsdiqləsə də, 2018-ci il oktyabr ayının 13-də nümayəndə heyətinin bir çox üzvünün digər layihələrə keçdiyini elan etdilər. 2018-ci il 15 oktyabr tarixində BNT 2019-cu ildə maliyyə çətinliyi səbəbiylə Avroviziyada iştirakdan imtina etdiyini elan etmişdir.
  • Flag of Bosnia and Herzegovina.svg Bosniya və Herseqovina - 25 may 2018-ci il tarixdə Bosniya və Herseqovinanın BHRT telekanalı Avropa Yayım İttifaqına olan yüksək miqdarda borc səbəbi ilə ölkənin İsraildə keçirilən müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Bosniya və Herseqovina Avroviziyada son dəfə 2016-cı ildə Stokholmdakeçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdi.
  • Flag of Luxembourg.svg Lüksemburq – 21 iyul 2018-ci il tarixdə Lüksemburqun RTL kanalı ölkənin 2019-cu ildə Avroviziyaya geri dönməyəcəyini bildirmişdir. Lüksemburq Avroviziyada son dəfə 1993-cü ildə İrlandiyada keçirilən müsabiqədə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
  • Flag of Monaco.svg Monako – 17 avqust 2018-ci il tarixdə Monakonun TMC kanalı ölkənin 2019-cu ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlamışdır. Monako Avroviziyada son dəfə 2006-cı ildə Afinada keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Flag of Slovakia.png Slovakiya – 31 may 2018-ci il tarixdə Slovakiyanın RTVS telekanalı maliyyə problemləri səbəbindən ölkənin Avroviziya 2019-da iştirak etməyəcəyini açıqlamışdır. Slovakiya Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Flag of Turkey.svg Türkiyə – İsrailin Avroviziya qələbəsinin ardınca Türkiyənin sabiq baş naziri Binəli Yıldırım açıqlamasında "Müsabiqənin İsraildə, Qüdsdə keçirilməsi üçün planlı şəkildə səsvermə qaydalarına dəyişikliklər etdilər. Bunu dinlər arasında savaşı qızışdırmaq üçün inadına edirlər." söyləmiş və Türkiyənin Avroviziyaya qayıtmaq niyyətində olmamasını vurğulamışdır. Bunun ardınca TRT kanalının baş meneceri İbrahim Eren müxtəlif səbəblərdən dolayı Türkiyənin 2019-cu ildə də Avroviziyada iştirak etməyəcəyini təsdiqləmişdir. Türkiyə Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.
  • Flag of Ukraine.svg Ukrayna – 27 fevral 2019-cu il tarixdə milli seçim turunda yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti Avroviziya 2019-da iştirak etməyəcəyini elan etmişdir.

 

Avropa Yayım İttifaqına üzv olmayan ölkələr

  • Flag of Kosovo.svg Kosovo – Müstəqilliyi bir neçə Avropa ölkəsi (Serbiya, Bosniya və Herseqovina, İspaniya, Yunanıstan, Rusiya, Ukrayna, Azərbaycan və s.) tərəfindən hələ də tam olaraq tanınmayan Kosovonun RTK telekanalının baş direktoru Mentor Şala telekanalın Avropa Yayım İttifaqına üzv qəbul olunması üçün çalışmaların davam etdiyini bildirmişdir. 2018-ci ilin dekabr ayında Kosovonun AYİ-nə üzv qəbul olunması üçün səsvermə keçiriləcəyi gözlənilsə də, səsvermə 2019-cu ilin sonunadək təxirə salınmışdır.
  • Flag of Liechtenstein.svg Lixtenşteyn – 4 noyabr 2017-ci il tarixdə Lixteşteynin 1 FL TV telekanalı knyazlığın 2019-cu ildə Avroviziyada debüt etməyi planlaşdırdığını bəyan etmişdir. Lixtenşteynin müsabiqəyə iştirakçı seçmək üçün fərqli musiqi tərzləri üçün açıq olan milli seçim turu təşkil etmək niyyətində olduğu bildirilmişdir. Lakin iyul ayının 26-da 1 FL TV telekanalının direktoru Peter Kölbelin ani vəfatı səbəbi ilə ölkənin 2019-cu ildə də Avroviziyada ilk iştirakının baş tutmayacağı elan edilmişdir.
  • Flag of Kazakhstan.svg Qazaxıstan – 22 dekabr 2017-ci il tarixində Qazaxıstanın 31 kanalının ölkənin Avroviziya 2019-da iştirakı üçün AYİ ilə danışıqlarını uğurla bitirdiyi iddia edilsə də, növbəti gün Avropa Yayım İttifaqı rəsmisi açıqlamasında bildirmişdir: "Kanal 31-in Avropa Yayım İttifaqına üzv seçilmək və eyni zamanda Avroviziyaya qatılmaq barədə müraciət etdiyi doğrudur. Lakin Qazaxıstanın Avropa Yayım ərazisindən kənarda yerləşməsi və Avropa Şurasına üzv olmaması səbəbindən Avropa Yayım İttifaqına üzv qəbul olunması hal-hazırda mümkün deyil." 25 iyulda Qazaxıstanın 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edəcəyi öz təsdiqini tapmışdır. Ökənin Avroviziya 2019-a dəvət edilməsi gözlənilsə də, 2018-ci ilin 23 noyabr tarixində Yon Ola SandQazaxıstanın 2019-cu ildə də müsabiqədə iştirak etməyəcəyini təsdiqləmişdir.

 

Mübahisələr

Dini tələblər

14 may 2018-ci il tarixdə Birləşmiş Tövrat Yəhudiliyi partiyasının lideri Yaakov Litzman Turizm, Kommunikasiya və Mədəniyyət və İdman nazirlərinə müsabiqəyə görə dini qaydaların pozulmamasını tələb edən məktub göndərmişdir. Yəhudilərə görə şənbə günü (Şabat və ya Müqəddəs Şabat) istirahət günüdür və həmin gün sırf Tövratı öyrənmək, sinaqoq xidmətini ziyarət etmək və dualar oxumaqla keçirilməlidir. Şabat qəbul edilmiş təqvimlə cümə gününün axşamı günəşin batması ilə başlayır və şənbə günü axşam bitir. Adəti üzrə Avroviziya mahnı müsabiqəsinin finalı şənbə günü İsrail vaxtı ilə saat 22.00-da yayımlanır və bu Şabat ilə üst-üstə düşmür. Lakin cümə gecəsi və şənbə günü günorta çağında müsabiqənin final məşqləri keçirilir. Bənzər etirazlar daha öncə 1999-cu ildə də baş verməsinə baxmayaraq, nəticədə müsabiqənin keçirilmə vaxtına dəyişiklik edilməmişdir. Avropa Yayım İttifaqının Avroviziya üzrə komitə sədri Frank-Diter Freylinq məsələ ilə bağlı İsrail telekanalı ilə danışıqların aparıldığını bəyan etmişdir.

 

Boykot çağırışları

Müsabiqənin İsraildə və gözlənildiyi kimi paytaxt Qüdsdə keçirilməsi ilə əlaqədar olaraq bəzi ölkə təşkilatları narazılıqlarını bildirmiş və İsrail əleyhinə olan BDS (Boykot, Ayırma və Sanksiyalar) hərəkatına dəstək çıxaraq, ölkələri müsabiqəni boykot etməyə çağırmışdırlar.

  • Flag of Australia.svg Avstraliya – Avstraliya Yaşıllar Partiyası İsraildə keçiriləcək olan Avroviziya Mahnı Müsabiqəsinin boykot edilməsi məsələsini Avstraliyada mövzüya qoymuşdur. Senator Li Riannon açıqlamasında "Qəzza sərhədində baş verən son hadisələr İsrail ordusunun açıq bir şəkildə ölümcül hərbi əməliyyatlar keçirdiyini göstərir. Fələstinlilərin ard-arda həyata keçirdiyi aksiyalar ərəfəsində Avroviziyanın İsraildə keçirilməsi kimin yaşayıb, kimin ölməsinə böyük təsiri ola bilər. SBS (Avstraliya telekanalı) müsabiqədə iştirak barədə qərar aldığında bütün bu faktorları nəzərə alacaqdırmı?" SBS telekanalının baş direktoru cavab olaraq "İsrail daha öncə də qələbə qazanıb və müsabiqəyə ev sahibliyi edib və müsabiqənin müxtəlif mədəniyyətləri birlik və bərabərlik şüarı altında bir araya gətirdiyini nəzərə aldıqda Avroviziyanı yayımlamayacığımızı təsəvvür edə bilmirəm." Avstraliya 1 oktyabr tarixində rəsmi olaraq müsabiqədə iştirakını təsdiqləmişdir.
  • Flag of the United Kingdom.svg Böyük Britaniya – "Ceremi Korbini dəstəkləyirik" qrupunun üzvləri də müsabiqəni boykot etməyə çağırmışdır. Lakin Korbinin özü heç bir açıqlama verməmişdir. Bəzi Liberal Demokratlar partiyası üzvləri partiyanı və Böyük Britaniya hakimiyyətini İsraildə keçirilən müsabiqəni boykot etməyə çağırmışdır. Böyük Britaniyanın BBC telekanalı 19 sentyabr tarixində Avroviziya 2019-da iştirakını təsdiqləmişdir. Daha sonra 2018-ci ilin noyabr ayında Avroviziya 2018-in qalibi Netta Barzilayın Londonda yerləşən gey klublardan birində keçirtdiyi konsert zamanı bir qrup BDS hərəkatı dəstəkləyiciləri klubun qarşısında ifaçı əleyhinə aksiya keçirmişdir. Aksiya iştirakçıları Nettanı "İsrailin işğalçı rejiminin təmsilçisi" adlandırmışdır.
  • Flag of Ireland.svg İrlandiya – BDS hərəkatını dəstəklədiyi üçün İsrailə girişə qadağan edilən Dublin şəhərinin meri Maykl Mak Donça İrlandiyanın İsraildə keçiriləcək olan Avroviziya 2019-da iştirak etməməli olduğunu söyləmişdir. Şinn Feyn siyasətçisi Linn Boylan Twitter hesabı vasitəsi ilə müsabiqəni boykot etməyə çağırmışdır. Daha bir neçə irlandiyalı siyasətçi ilə bərabər 1994-cü ildə İrlandiyaya Avroviziyada qələbə qazandıran musiqiçi Çarli MakQettiqan "Başqaları qətlə yetirildiyi zaman biz əylənə bilmərik" söyləyərək, İrlandiya telekanalı RTE-ni müsabiqəni boykot etməyə çağırmışdır. Teleaparıcı Mayk Mörfi də etirazlara qoşulmuşdur. Etirazlara baxmayaraq İrlandiya 16 avqust tarixində rəsmi olaraq Tel-Əvivdə keçirilən Avroviziya 2019-da iştirakını təsdiqləmişdir.
  • Flag of Iceland.svg İslandiya – Ölkənin RÚV telekanalı ilkin olaraq Avroviziya 2019-da iştirakını təsdiqləmiş olsa da, 23,000-dən artıq islandiyalı İsraildə keçirilən müsabiqəni boykot edilməsi üçün petitisiya imzalamışdır. İslandiyalı musiqiçi Dadi Freyr ölkənin müsabiqədə iştirak edəcəyi halda bir daha müsabiqənin seçim turuna qatılmayacağını bildirmiş və paylaşdığı açıqlamada "İsrail Dövləti və ordusu Fələstin xalqına qarşı bu cür şiddət tətbiq edərkən, bizim təmiz bir vicdanla İsraildə keçirilən Avroviziya kimi əyləncəli bir müsabiqədə iştirak etməyimizi təsəvvür edə bilmirəm" söyləmişdir. İslandiya telekanalı etirazların ardınca müsabiqənin boykot edilməsi ilə bağlı son qərarın verilməsi üçün toplantı keçiriləcəyini bəyan etmişdir. İsrailin Tel-Əviv şəhərini müsabiqənin ev sahibi olaraq elan etdiyindən bir gün sonra İslandiya rəsmi olaraq Avroviziya 2019-da iştirakını bir daha təsdiqləmişdir.
  • Flag of Sweden.svg İsveç – Ölkənin siyasi partiyalarından biri müsabiqənin İsraildə keçirilməsinə etiraz etmişdir: "İşğal davam edərkən İsrailin bu nəhəng mahnı müsabiqəsinə ev sahibliyi etməsi tamamilə əsassızdır. Biz İsrailin Avroviziyadan humanitar cəhətdən istisna edilməsini istəyirik. Fələstin xalqının zülmü davam edərkən rəqs etməyə davam edə bilmərik. Buna baxmayaraq İsveçin SVT telekanalı Avroviziya 2019-da iştirakını təsdiqləmişdir.

 

Milli seçim turlarına müdaxilələr

İsrailə qarşı olan BDS hərəkatının dəstəkliyiciləri 19 yanvar tarixində Fransanın keçirdiyi milli seçim turunda səhnəyə atlayaraq "İsraildəki Avroviziyaya heç kəs getməyəcək" yazılmış olan afişaları havaya qaldırmışdırlar. Mühavizəçilərin müdaxiləsi ilə bir qrup gənc səhnədən uzaqlaşdırılmışdır.

20 yanvarda baş tutan İspaniya milli seçim turunun arenası qarşısında bir qrup etirazçı toplanaraq İsrailə qarşı şüarlar səsləndirmişdir.

Baş verən hadisələrin ardınca Avropa Yayım İttifaqı müsabiqədə iştirak edən bütün ölkələrin dövlət telekanallarına bənzər halların bir daha təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı məktub göndərmişdir.

 

Ukrayna milli seçim turu

Ukraynanın Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turunda iştirak edən ifaçılardan Maruv "Siren Song" mahnısı ilə yarışmada qələbə qazanaraq Ukraynanı Tel-Əvivdə təmsil etmək hüququnu əldə etmişdir. Lakin bunun ardınca Ukraynanın milli televiziya və radio yayımları şirkəti səsvermənin nəticəsindən asılı olmayaraq, şirkətin qalib ifaçını müsabiqəyə göndərməmək haqqının olduğunu elan etmişdir. Seçim turunda qələbə qazanan Maruva Ukraynanın Avroviziya təmsilçisi ola bilmək üçün Rusiyadakı bütün çıxışlarını təxirə salması ilə bağlı müqavilə imzalaması təklif edilmişdir. Bunun üçün ifaçıya 48 saat vaxt verilmişdir. Bunun ardınca Maruv Rusiya ilə bağlı olan şərt ilə yanaşı həmin müqaviləyə əsasən onun telekanalın icazəsi olmadan Avroviziyada çıxışı zamanı səhnələşdirmədə hansısa bir dəyişiklik etməsinə, jurnalistlərə müsahibə verməsinə aid xüsusi şərtlər də qeyd olunduğunu şəxsi sosial hesabında paylaşmışdır. Şərtlərdən hər hansı birinin pozulacağı halda ifaçı telekanala 2 milyon qrivna cərimə ödəməli idi. Maruv eyni zamanda Tel-Əvivə səyahət də daxil olmaqla telekanalın ona hər hansısa maddi dəstək verməkdən də imtina etdiyini vurğulamışdır. Ukraynanın Mədəniyyət naziri və Xarici işlər nazirinin müavini Vyaçeslav Kırılenko məsələ haqqında bildirmişdir:

" Bir çox insanın düşüncələrini təkrar etmiş ola bilərəm, amma təcavüzkar dövlətdə turlar həyata keçirən və buna davam etməyi planlaşdıran bir müğənni ölkəmizi Avroviziya 2019-da təmsil edə bilməz. "

25 fevral tarixində Maruv və Ukrayna telekanalı rəsmi olaraq Maruvun müqaviləni imzalamağa razılaşmadığı üçün onun ölkəni İsraildə təmsil etməyəcəyini təsdiqləmişdir. Bunun ardınca milli seçim turunda ikinci yeri tutan Freedom Jazz qrupu, növbəti gün isə üçüncü yeri tutan Kazka qrupu telekanalın Ukraynanı təmsil etmək təklifini geri çəkmişdir.

Baş verən gərginlik The New York TimesThe Washington PostBillboardThe TelegraphThe IndependentSBS NewsThe Irish IndependentCosmopolitan və s. kimi bir çox dünya mətbuatında yer almışdır.

Nəticədə 27 fevral tarixində Ukrayna rəsmi olaraq Avroviziya 2019-da iştirak edə bilməyəcəyini elan etmişdir.

 

Xaç simvolu mübahisəsi

Polşanı müsabiqədə təmsil edən mahnı üçün çəkilmiş video klipdə xaç simvolunun yer aldığı üç saniyəlik səhnə son anda klipdən silinmişdir. Bu Polşada böyük etirazlara səbəb olmuş və Avroviziya xristianlığa qarşı ayrıseçkilikdə ittiham olunmuşdur. Polşanın Avroviziyanı ölkədə yayımlamaq hüququ olan TVP telekanalının baş direktoru Yatsek Kurski ölkə təmsilçiləri Tulia qrupunun albom şirkətini video klipin ilkin versiyasını bərpa etməyə çağırmışdır. Qrupun menecmentliyi etirazlara cavab olaraq xaç simvolunun klipdən silinməsinə əsas səbəbin Avropa Yayım İttifaqının Avroviziyada siyasi və dini işarələrin təbliğ edilməsinin qadağan etməsi ilə əlaqələndirmişdir. Lakin bu bəyanatın əksinə eyni video klipin 31-ci saniyəsində Müqəddəs Yan Nepomukun heykəli göstərilir. Tulia qrupu simvolun klipdən çıxarılması ilə bağlı qərarın onlara aid olmadığını sosial şəbəkədə paylaşmışdır.


VİDEO QALEREYA
Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X