Slimfit
  1. İQTİSADİYYAT

2020-ci ilin maliyyə trendləri: meta analiz

2020-ci ilin maliyyə trendləri: meta analiz
Sakura

Trend və meyillər 2020: meta-analiz

Tanınmış mədəniyyət tədqiqatçısı və iş məsləhətçisi Mat Klayn hər il ilin tendensiyaları ilə bağlı materualların meta analizini aparır və onların arasından ən vaciblərini seçir. Aşağıda onun bir sıra nəşrlərin və şirkətlərin hesabatlarından nümunələr verməklə hazırladığı "Medium"-da dərc olunan məqaləsi də bu mövzudadır.

Qeyd edək ki, müəllif 2020-ci ildə Deloitte, Google, Forrester, Gartner, Trend Watching, Trend Hunter, Accenture & Fjord, Frog, Kantar, Facebook IQ, Pinterest, Mintel, Twitter, Edelman, Future Today Institute, Mindshare, Springwise, CB Insights, Global Web Index, Foresight Factory, JWT, Carat, Hubspot, Econsultancy & Adobe, WGSN, Isobar, Ford, Landor, The Future Laboratory и Daniel Ecker, kimi media və korporasiyalar tərəfindən yayılmış 30 müxtəlif materialda 500-dən çox trend hesablayıb.

Ens.az bildirir ki, Kleynin sözlərinə görə, bu qədər məqalənin meta-analizi yalnız ən vacib cərəyanları üzə çıxarmağa imkan verir : ayrı-ayrı müəlliflərin qərəzləri istisna edilir və bir çox nəşrlər üçün ümumi olan məlumatlar daha etibarlı mənbəyə çevrilir.

O, 2020-ci ildə oxuduğu məqalələrdə ən çox rast gəlinən 11 meyli toplayıb. Bu meyllərin mahiyyəti barədə danışıb və onları korporativ səviyyədə necə birləşdirmək barədə məsləhətlərini verib.

Kleyn meta analizindən sonra gəldiyi üç nəticəni bölüşüb.

  1. Ötən illərin bir neçə əsas tendensiyası populyar olaraq qalır: ətraf mühitə qayğı, ruhi sağlamlığa qulluq, fərdi məlumatların qorunması, real və virtual həyat arasındakı sərhədlərin silinməsi. Artıq üç ildir ki, bu dörd cərəyan aktuallığını itirmir. Maraqlıdır ki, bunların hamısı müəyyən dərəcədə insan təbiəti ilə əlaqəlidir: ətraf mühit, etika, psixoloji vəziyyət, özünüdərk və texnoloji dünyada insanın rolu.
  2. İlin trendləri haqqında bir çox material süni görünür, sanki şirkət onları şəxsi ideyaların təbliğatı üçün uydurub.
  3. Bunlardan biri genişlənmiş reallıq texnologiyasından istifadə edərək alış-verişdir. Mədəniyyətdə bir dəyişiklik yalnız içəridən, üzvi şəkildə baş verir. İnsanlarda genişlənmiş gerçəklik texnologiyasından istifadə edərək şey almaq istəyi və ya ehtiyacı yoxdur və buna görə də hələ populyarlıq qazanmamışdır. Baxmayaraq ki, hər il ticarət dünyasında qarşıdan gələn inqilabı vəd edən çox sayda material çıxır.

Təhlil olunan məqalələrdə müzakirə olunan bütün tendensiyalar indiki vaxt üçün aktualdır, yəni hazırda populyardır. Ancaq müəlliflərdən heç biri strategiyanı planlaşdırmağı bilmək üçün gələcək üçün proqnoz hazırlamayıb. Şirkətlər unutmamalıdır ki, onlar buna hazır deyillərsə belə, mədəniyyət irəli gedir.

Beləliklə, 2020-ci ilin meta trendləri

Rəqəmsal və fiziki aləmlərin birləşməsi

Fiziki mağazaların getdikcə daha çox sayda bağlanmasına və müştərilərin İnternetdə getdikcə daha çox alış-veriş etmələrinə baxmayaraq, şirkətlər alıcılara real həyatda markadan istifadə təcrübəsini hədiyyə etməyə çalışırlar.

Mağazalar artıq daha çox alış-veriş yeri deyil, şirkətin markasına loyallığını göstərməklə müştəri ilə daha qüsursuz münasibət qurmasına imkan verən bir yerdir.

Mağazanın İnstaqram hesabı və fiziki sahəsi bir-biri ilə birləşir - Froqun fikrincə, bu vahid təcrübənin yaradılmasında əsas məqam, "vahid dizayn sistemi" dir. Onlayn və oflayn artıq bir-birlərindən fərqlənmir və bu ifadə təkcə ticarət dünyasına aid deyil.

Yavaşlama

Sosial şəbəkələrin zehni sağlamlığa təsiri anlayışı artır və buna görə də sosial şəbəkədəki insanları daha dost hala gətirmək üçün platformalar öz imiclərinə yanaşma tərzini dəyişdirirlər.

İnsanlar getdikcə daha çox xəbərdar olurlar ki, monitordan qısa bir istirahət də sevinc gətirir və narahatlığı azaldır, yəni bu tendensiya ilə birlikdə yenidən sakit nəfəs ala bilərsiniz. "Hubspot" bunun sosial şəbəkələrin böhranı olmadığını, əksinə istifadəçilərin özləri başlatdıqları və inkişaf etdirdikləri bir ictimai hərəkat olduğunu iddia edir.

Məsələn, bəyənmə sayğacının olmaması əvvəlcə cəlb olunmanın bir az azalmasına səbəb ola bilər, lakin istehlakçılar tez uyğunlaşırlar.

Porsche brendinin Facebook-da "rəqəmsal detoks" haqqında olan paylaşımı

İnsanlar razılığını bildirmək üçün bir yol tapacaqlar; ola bilər ki, daha aktiv cəlb olunma artımı olacaq, məsələn, şərhlər kimi. Brendlər sosial şəbəkələrdəki yazıların keyfiyyətinə diqqət yetirməlidirlər, kəmiyyətinə yox.

Sosial məsuliyyət

Plastikdən qurtulmaq kimi yayğın vədlər və yüksək hay-küylü bəyanatların yerini mübahisəli məsələlərlə bağlı real hərəkətlər və sərt mövqelər tutmağa başlayır.

Müəssisələr getdikcə sözlərdən əmələ keçməkdədir: ötən il Nike irqi bərabərsizliyə dair amerikalı futbolçu Kolin Kopernikə-a dəstək verdi və ya Gilette öz reklamıyla kişilik anlayışı ilə bağlı oturuşmuş fikirləri dəyişdirməyə çalışdı. Ancaq sadəcə fikir kifayət deyil, alıcılar daha nəzərəçarpan bir şey istəyirlər.

Məsələn, "Wall Street"-dəki "Qorxmaz Qız" heykəli mədəni bir fenomenə çevrildi, ancaq sadəcə bir marketinq hiyləsi oldu: heykəli istifadəyə verən "State Street Global Advisors"-ın direktorlar şurası, öz şirkətində gender bərabərliyini təmin etmək üçün bir çox təşəbbüsün əleyhinə səs verdi.

Brend aktivliyinin etibarlı olması üçün şirkət elan edilmiş prinsiplərin yalnız kağız üzərində deyil, bütün istehsal dövrü boyunca tətbiq olunmasını təmin etməlidir.

Kolin Kapernik ilə birlikdə Nike-ın reklam afişası.

Şəxsi məlumatların qorunması

Xəbər başlıqlarında bir-birinin ardınca istifadəçilərin şəxsi məlumatlarının ictimaiyyətə açıqlanması haqda məlumatlardan sonra şirkətlərin insanların etibarını bərpa etməsinin vaxtı gəlib çatıb.

2019-cu ildə məxfiliyi təmin etmədən effektiv reklamın mümkün olmadığı məlum oldu. Google-a görə, "marketoloqlar sənaye standartlarını yüksəltmək üçün işləməli və istifadəçilərə rəqəmsal məkanlarını idarə etmək üçün vasitələr təqdim etməlidirlər."

Əyləncə sənayesi

Bu xidmət sənayesində rəqabət getdikcə şiddətlənir. Amazon Prime Video, Netflix və Hulu ən populyar platformalar olmağa davam edir, lakin indi Disney, HBO Max, Apple və Warner Media da onların sırasına əlavə olunub.

Artan rəqabət sağlam görünə bilər, amma abunə bolluğu xidmətlərin mümkün konsolidasiyasına səbəb olmayacaqmı? TGI Global Quick View məlumatları göstərir ki, bu xidmətlərdən istifadə edən istehlakçıların 44% -i ən azı iki abunə, 18% -i ən azı üç, 7% -i dörd və ya daha çox abunə haqqı ödəyir.

Bu, insanların yeni xidmətlərə qoşulmaq istəyinin, eləcə də maliyyə imkanlarının bir həddi olduğunu göstərir. Bundan əlavə, podkastlar getdikcə populyarlaşır və müxtəlifliyi artır.

YouTube videolarına baxışların sayı da hər il çoxalır: Google öz hesabatında iddia edir ki, son üç il ərzində milyarddan çox baxışı olan kanalların sayı beş dəfə artıb.

Elektron idman sənayesinin artan populyarlığını, bununla əlaqəli media və reklamverənlərin daha çox cəlb olunmasını qeyd etmək lazımdır.

Mehriban sosial şəbəkələr

Cəmiyyət sosial şəbəkələrin mübahisələr üçün geniş sahələr olduğuna alışıb. Ancaq indi mənzərə dəyişir və və onlar daha çox platformaların daxilində dostların dar dairəsi üçün kiçik cəmiyyətlər olurlar.

2020-ci ildə alıcıların 40% -i Z nəslinə aid olacaq (2000-ci ildən sonra doğulanlar haqqında işlədilən termin-red.) və bu, klassik mənada marketinqə etibar etməyən, lakin digər insanların fikirlərinə etibar edən nəsildir.

Buna görə Landor-un 2020-də trendlər barədə hesabatında deyildiyi kimi, "İlk növbədə bir brend deyil, onun ətrafında cəmiyyət yaradın." Burada yalnız bir İnstaqram hesabı deyil, canlı, üzvi və səmimi insanlarla əsl ünsiyyət nəzərdə tutulur.

Bir çox brendlər İnstaqramın "ən yaxşı dostlar" funksiyasından istifadə edərək tərəfdarlarının cəmiyyəti içərisində ən sadiq fanatlarının cəmiyyətini yaratmaq üçün istifadə etməyə başladı.

Müştəri təcrübəsinə fərdi yanaşma

Alıcı daha tələbkar olmağa başlayıb. Google-un verdiyo məlumata əsasən, smartfon istifadəçilərinin 75% ehtiyac duyduğu məlumatları dərhal alacağını gözləyir və son iki ildə "ən yaxşı" və "bu anda" sözləri olan sorğular 125% artıb.

Eyni zamanda, markanın rolu artıq loqotip və etiketlərə və ya məhsul keyfiyyətinə görə azalmır. İndi hər bir ticarət markasının görəvi başqa bir insanın həyatında rol oynamaq, onunla şəxsi səviyyədə qarşılıqlı əlaqə yaratmaqdır.

LEGO mağazaları müsbət müştəri təcrübəsi yaratmağın uğurlu nümunələrindən biridir.

Yuxarıda qeyd edildiyi kimi, maksimal olaraq əsl müştəri təcrübəsinin təminatı üçün əvvəl yalnız onlayn təqdim edilən markalar indi fiziki mağazalar açır və ya oflayn-marketinqin başqa üsullarına müraciət edirlər

Bu tendensiya davam edərsə, onlayn reklam artımı yavaşlayacaq. Məsələn, Mozilla rəqəmsal marketinq xərclərini 10% azaltdığını və tədbirlərə və digər ənənəvi marketinq metodlarına daha çox sərmayə qoyduğunu açıqlayıb.

Warby Parker mağazası - tarixi onlayn olaraq başlayan və ABŞ-ın yüzdən çox mağazasında davam edən bir markadır.

Podkastların əhəmiyyəti çoxalır

Bu günə qədər çox az adam, ciddi işlərini məsələn, satınalmaların həyata keçirilməsini "səs köməkçiləri"nə etibar edir. Əsasən onlardan hava şəraitini, vaxtı təyin etmək və ya musiqini idarə etmək üçün istifadə edirik. Ancaq tezliklə onların funksionallığı yaxşılaşarsa, audio məzmun dünyasında əsl inqilab olacaq.

Podkastlar artıq hər ay daha çox populyarlıq qazanır.

(Podkast sözü iPodsözündəki Pod hissəciyi və vebkast (ing.webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin polulyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir.

Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir -red.)

İkili Silmə

"Pinterest" bildirir ki, cinsi kimlik barədə anlayışımız genişlənir. İnsanlar gender nöqteyi-nəzərindən daha çox neytral marka və məhsul axtarır.

Artıq bütün dünyada, məsələn Mattel Creatable World kimi şirkətlər gender baxımından neytral uşaq gəlinciyi kimi inklüziv məhsullar təqdim edir. Hal-hazırda Z nəslinin nümayəndələrinin 59% -i cins seçərkən qeydiyyat formalarında yalnız iki variantın olacağını gözləmirlər.

Unudulmayan köhnə

Moda daha sürətli dəyişir, ancaq görülən budur ki, nostaljiyadan daha dəbli bir şey yoxdur. Pinterest hesabatında deyilir ki, "90-cı illərin cizgi filmləri" və ya "90-cı illərin küçə tərzi" üçün müraciətlərin sayı son bir ildə 200% -dən çox artmışdır.

Və Facebook IQ hesabatı 80-ci illərin geyim tərzi və vintage geyim tətbiqləri mağazalarının populyarlığının artdığını göstərir.

Şüurlu istehlak

İnsanlar ətraf mühitə təsirlərini bilməyə başladıqca daha şüurlu istehlaka doğru dəyişiklik hiss olunur. Çoxları üçün bu, daha az ekoloji məhsullardan istifadə və tullantıların idarə olunması deməkdir.

Nielsen tədqiqatında insanların 81 faizinin şirkətlərin ətraf mühitin yaxşılaşdırılmasına kömək etmələrinin gərəkli olması ilə razılaşıb. Minimalizm və rahat bir yaşayış üçün həqiqətən zəruri olan malların istehlakı modaya gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR