Slimfit
  1. MARAQLI

2025-ci i̇ldə dünya necə olacaq?

2025-ci i̇ldə dünya necə olacaq?
Sakura

2025-ci i̇ldə dünya necə olacaq?

Aviasiya mühəndisi Peter H. Diamandis, həm də kosmik turizm sahəsində Space Adventures adlı ilk səyahət şirkətinin qurucusudur. Bundan əlavə, onun kosmik sahədə onlarla innovativ layihələri mövcuddur. Bütün bu təcrübələrinə əsaslanaraq, Peter 9 il sonra, yəni 2025-ci ildə dünyanın necə olacağı barədə proqnozlar hazırlayıb. Gəlin həmin proqnozlara birlikdə nəzər salaq.
Min dollara insan beyni
2025-ci ildə saniyədə 10 min trilyon əməliyyat həyata keçirə bilən kompüter yaradılacaq. Bu sürət insan beyninin məlumatı işləmə sürətinə bərabərdir. Bu cür aparatların qiyməti isə cəmi 1000 dollar olacaq.
Hər nöqtədə internet
“Hər nöqtədə internet” qlobal iqtisadiyyatı yeni pilləyə qaldıracaq: coğrafi sərhədlər əhəmiyyətini itirəcək və dünyanın müxtəlif hissələrindən olan insanlar reallıqda olduğu qədər virtualda da məhsuldar iş görə biləcəklər. “Hər nöqtədə internet” layihəsi çərçivəsində dünyada 100 milyard cihaz məlumatları toplamaqla məşğul olacaq.
Mükəmməl biliklər
Məlumat bazalarının müxtəlif çeşidli və çox sayda olması nəticəsində biz istədiyimiz yerdə istədiyimiz şeyi öyrənə biləcəyik. Dünya mükəmməl biliklərə çatmaq yolunda irəliləyir.
Sıx əlaqədə olan 8 milyard insan
Facebook (Internet.org), SpaceX, Google (Loon layihəsi), Qualcomm və Virgin (OneWeb) dünyadakı hər insana qlobal bağlantı verməyi planlaşdırır ki, bu bağlantının da bir saniyəsi bir meqabiti keçəcək qədər güclü olmalıdır. 8 milyard insan ən son texnologiyalar vasitəsilə sıx əlaqədə olacaq.
Tibb sahəsinin yenilənməsi
Mövcud tibb müəssisələri məhvə doğru gedəcək və onlardan tamamilə fərqli və qat-qat daha effektiv yeni müəssisələr yaradılacaq. Minlərlə “start-up”lar, həmçinin də məlumat nəhəngləri (Google, Apple, Microsoft, SAP, IBM və s.) yeni və daha gəlirli (3.8 trln dollar) biznes modellərə keçid edəcəklər. Bu isə bürokratik klinika və xəstəxanaların sonu deməkdir. Biometrik zondlama hər birimizi öz sağlamlığımızın sahibinə çevirəcək. Gen mühəndisliyində olacaq inqilabi dəyişiklik və yeni aparatlar sayəsində biz xərçəng xəstəliyinin, ürək və neyrogenerativ xəstəliklərin öhdəsindən gələ biləcəyik. Robotlaşdırılmış cərrahlar cərrahiyyə əməliyyatları həyata keçirəcək. Bu isə daha dəqiq və ucuz başa gələcək. Hər birimiz ürək, ciyər və digər bizə lazım olan şeyləri “yetişdirə” biləcəyik və ölənə qədər donor gözləməli olmayacağıq.
Artırılmış virtual reallıq
Facebook (Oculus), Google (Leap), Microsoft (Hololens), Sony, Qualcomm, HTC və digər nəhənglər tərəfindən edilən milyonlarla sərmayələr boş yerə sərf edilməyəcək. Öyrəşdiyimiz smartfon, kompüter və televizor ekranları yox olacaq – onları eynəklər əvəz edəcək. Eynilə Google Glass kimi olmasa da, buna bənzər bir şey olacağı güman edilir.
Robotlaşma
Bəşər övladı süni intellekti inkişaf etdirməyə davam edəcək. Əgər siz Siri kimi bir xidmətdən daha üstün bir şeyin olmayacağını düşünürsünüzsə, yanılırsınız. 10 il sonra daha mükəmməl sistemlərlə qarşılaşacağıq. IBM Watson, DeepMind və Vicarious çox güclü köməkçilərin yaradılması üzərində işləyir. Bu köməkçilər bizim biometrik məlumatlarımızı nüsxələyə, elektron poçtumuzu oxuya və danışıqlarımıza nəzarət edə biləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR