Slimfit
  1. TARİXDƏ BU GÜN

21 İyunda tarixdə nələr baş verib? - Bu gün Selfi Günü imiş

21 İyunda tarixdə nələr baş verib? - Bu gün Selfi Günü imiş
Sakura

21 İyunda tarixdə nələr baş verib? - Bu gün Selfi Günü imiş

İyunun 21-də  Yerin Şimal yarımkürəsində yay gündönümü  dövrü başlanır.

21 iyundan etibarən  günlər qısalmağa, gecələr  isə  uzanmağa başlayır.

***

1893- cü il, iyunun 21-də ilk dəfə  şeytan çarxı attraksionu sakinlərin  ixtiyarına verilib.  Bu panoram attraksion vasitəsilə ilk dəfə şəhəri seyr etmək isə Çikaqo  sakinlərinin payına düşüb. 

***

21 iyun  Dünya Musiqi Günüdür. Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülsə də,  ilk dəfə  qeyd olunması 1982-ci ilə təsadüf edib. Parisdə Musiqi bayramı keçirilməsi ilə əsası qoyulan bu ənənə tədricən  beynəlxalq xarakter alıb və hazırda Dünya Musiqi Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Bu gün həm peşəkar, həm də həvəskar musiqiçilər şəhərlərin küçələrində "Musiqi yaradın" devizi altında çıxış edirlər.

 ***

21 iyun Ümumdünya Humanizm Günüdür. 1986-cı ildən beynəlxalq humanizm  və etika  təşkilatının  təşəbbüsi ilə  təqvimə daxil edilən bu gün sülhün bərqərar olması, sosial ədalətsizliyə qarşı mübarizə və insan hüquqlarının qorunmasına yönəlib.

***

21 iyun Ümumdünya Hidroqrafiya günüdür. 2006-cı ildən ümumdünya hidroqraflar  təşkilatının təşəbbüsü ilə  təqvimə daxil olunan bu gün   çaylar, göllər  və bataqlıqların mənşəyinin araşdırılması, landşaftın başqa elementləri ilə əlaqəsi və  coğrafi  xüsusiyyətlərin  öyrənilməsində səylərin birləşdirilməsinə yönəlib.

 ***

Bu gün  həm də  selfi  günüdür. İlk dəfə bü günün  qeyd olunması  təşəbbüsü ilə 2014- cü ildə ABŞ-da çıxış edilib.

 ***

21 iyun  Beynəlxalq  yoqa günüdür.  Artıq 5 ildir ki, təqvimə daxil edilən bu gün çərçivəsində yoqanın insan sağamlığında rolu, eləcə də həyat tərzinə   çevrilməsinin  əhəmiyyəti diqqətə  çatdırılır.

***

1933-cü il, iyunun 21-də muğam ustadı, Xalq artisti Tələt Qasımov  anadan olub.  Tələt Qasımov uzun müddət Azərbaycan Dövlət Filarmoniyasının solisti   kimi fəaliyyət göstərib. Ustad sənətkarlardan dərs alan  və  bir çox muğamları özünəməxsus tərzdə ifa edən Tələt  Qasımovun  milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olub. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri, xalq  mahnıları bu gün də qızıl fondda qorunur.

***

1984-cü il, iyunun 21-də   K-1 qaydasız döyüş ustası, "Mauqli" ləqəbli idmançı  Zabit Səmədov  anadan olub. 9 yaşından idmanla məşğul olmağa başlayan Zabit Səmədov həvəskar  və peşəkar karyerasında  kikboksinq üzrə   dəfələrlə dünya və avropa çempionu titullarını  uğurlarının sırasına daxil edib.

***

1037- ci il, iyunun 21-də  İslam dünyasının böyük alimi İbn Sina dünyasını dəyişib. Astronomiya, fəlsəfə, riyaziyyat, fizika, kimya ilə maraqlanan İbn Sinanı  bəşəriyyətə tanıdan onun tibb sahəsinə gətirdiyi  yeniliklər olub. O, tibb aləmində ilk psixodiaqnostik olub, tarixdə ilk dəfə tibb və cərrahiyyəni iki ayrı  istiqamət kimi   məhz İbn Sina müəyyən edib. "Göz həkiminin dəftəri" kitabı, 4 cildlik tibb ensiklopediyası , müxtəlif fəlsəfi kitabları, astronomiya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR