Ens.az
8 dekabr 2019, bazar
.
.
chevron_left chevron_right
GÜNDƏM

3 dəfə deputat seçilmişəm, yenə də... - Aqil Abbas

3 dəfə deputat seçilmişəm, yenə də... - Aqil Abbas

1316 Baxış
3 dəfə deputat seçilmişəm, yenə də... - Aqil Abbas

Mənim bu barədə məlumatım yoxdur. Ancaq aydındır ki, parlamentdə çoxluq Yeni Azərbaycan partiyasındadır. YAP-ın 70-dən çox deputatı var. Prinsipcə, belə qərar qəbul edə bilərlər.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin bitərəf deputatı, yazıçı Aqil Abbas Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında hakim partiyanın parlamentdəki deputatlarının geri çağırılması barədə qərar qəbul olunması haqda yayılan xəbərlərə reaksiya verərkən deyib.

Milli Məclisdə çoxluğun hakim partiyada olduğunu xatırladan Aqil Abbas əlavə edib ki, əgər hakim partiya parlamenti buraxmaq niyyətində olsa, təbii ki, məsələni səsverməyə çıxararaq qalib gələcəklər: “Burada nə var ki? Hər şey qanun çərçivəsində olur”.

Aqil Abbas yeni seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi haqda suala da cavab verib:

“Mən Qarabağ bölgəsindən 3 çağırış Milli Məclisə deputat seçilmişəm. Hər dəfə də namizədliyimi irəli sürməzdən əvvəl gedib seçicilərimlə görüşmüşəm, sual etmişəm ki, məndən razısınızmı? “Hə” cavabı eşitmişəm və bundan sonra namizədliyimi irəli sürmüşəm. Yenə də məsləhət biləcəklərsə, namizədliyimi verəcəyəm, bilməsələr, verməyəcəyəm”.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Super qapıçı
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 1 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X