Ens.az
16 sentyabr 2019, bazar ertəsi
.
chevron_left chevron_right
TARİX

32-lər əfsanəsi

32-lər əfsanəsi

570 Baxış
32-lər əfsanəsi

Bu gün 300 spartalı, Kürşad Üsyanı, Çanaqqala qəhrəmanları haqqında çox yazırlar. Azərbaycanda 1 ay ərzində XI rus ordusuna qarşı mübarizə aparan 32 nəfər Azərbaycan Xalq Cümhuriyyətinin əsgər və zabitləri haqqında heç nə yazılmır. Düzdür bəzi yazılarda buna qısa toxunsalar da, tam ciddi araşdırma yoxdur. Çox heyf ki, 32 nəfər qəhrəman haqqında tam olaraq araşdırma aparılmayıb və o sənədlər arxivdə tam olaraq incələnməyib.
Məlumdur ki, 1920-ci ildə bolşeviklərin Qırımızı ordusu Azərbaycanı işğal etmişdir. Azərbaycan ərazisində onlara qarşı bir çox üsyan baş versə də, hamısı qanla yatırılıb. 1920-ci ilin may ayında Qarabağda XI ordu hissələri ilə Azərbaycan Ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş verib. Ruslar onlara qarşı çıxan üsyançıları tutduqda XI Ordu qərargahına gətirilərək sorğu sualsız güllələnirdi. Bunu eşidən milli ordunun əsgərləri və üsyançıların bəziləri gizlincə silahı atıb evlərinə və xaricə getsələr də, 4 nəfər zabit və 28 nəfər əsgər and içərək son qanlarına qədər döyüşməyə and içirlər. Çox heyf ki, onların adları bəlli olmasa da, bu qəhrəman döyüşçülər Bərdə tərəfdə IX Orduya qarşı ciddi müqavimət göstərirlər. Rus ordusunun sayca üstünlüyü və silahlarının çoxluğuna baxmayaraq, yaranmış əlverişli şəraitdən istifadə edən “32-lər” Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeyi bir həftəyə qədər nəzarət altında saxlaya bildilər. Onlar rusların Bərdəyə daxil olmasına ciddi müqavimət göstərirdi. Yerli caamat onlara tam dəstək olduğu üçün Lenin Bakıya xəbər göndərir ki, orda rus əsgərləri qırılır. Əgər azərbaycanlı bolşeviklər bir ciddi addım atmasalar onlar yerli hakmiyyətdə təmsil olunmayacaqlar. Bu xəbər Bakıya çatan kimi Çingiz İldırım və Dadaş Bünyadzadə dərhal Qarabağa gəlirlər. Bünyadzadə ilə birlikdə konspirativ şəkildə Ağdama, Şuşaya, Qaryaginə gedərək, yerli kommunistlərdən M. Məmmədxanov, A. Qaragözov, S. Səfərov, A. Saturyan və b. köməyi ilə özünü müdafiə komitələri, bolşeviklərdən ibarət könüllü birliklər yaratmağa çalışırdılar. Bərdədə isə “32-lər” hələ ki, XΙ orduya qarşı bütün təyziqlərə baxmayaraq döyüşürdülər. Vəziyyətin ciddiləşdiyini görən Ç. İldırım üsyan başçılarının təhvil verilməyəcəyi təqdirdə Bərdənin bombardman ediləcəyini bildirdi. Bu ultimatumdan sonra yerli əhalini qırğına verməmək üçün “32-lər” şəhəri tərk etməyə məcbur olub Qarabağa irəliləyən birinci süvari alayı (Tatar alayı)-lə qarşılaşdılar. Ι Dünya müharibəsində “Vəhşi diviziya” adını almış bu hərbi birlik üç gün ərzində XΙ ordu hissələri ilə qanlı döyüşlər apardıqdan sonra, mühasirəyə düşmək ehtimalının gerçəkləşdiyini görüb geri çəkilməyə məcbur oldu. Dağıstandan bir qrup türk zabiti və əsgəri general Nuru paşanın rəhbərliyi ilə Şuşaya üsyan etmiş xalqa köməyə gəldi. Üsyançılar Qarabağda sovet hökumətini devirib Qarabağ inqilab komitəsinin üzvlərini həbs etdilər. Nuru paşa Qarabağın hakimi elan edildi. Onun ətrafında Azərbaycan ordusunun zabitlərindən Zeynalov, Səfiyev, sabiq pristav Kərimbəy Qalabəyov və başqaları var idi. İyunun 6-da yeni hakimin sərəncamı ilə Şuşa İnqilab Komitəsinin sədri B.Vəliyev, Türkiyə kommunisti Süleyman Nuru, qırmızı molla ləqəbli C.Hüseynov güllələndilər. Ancaq XI Ordunun əlavə kömək almış hissələri ermənilərin yaxından iştirakı ilə azadlıq uğrunda mübarizəyə qalxmış əliyalın əhalini qırmağa başladı. Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyunun 15-də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı da, ələ keçirdi. Milli ordunun hissələri və Nuru paşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib ölkəni tərk edərək Xiyabaninin nəzarəti altında olan Cənubi Azərbaycana keçdilər. Onlar heç kimdən və heç bir yerdən kömək almadıqlarından əllərindəki silahları sataraq Türkiyəyə keçib Mustafa Kamal paşanın ordularına qoşuldular.

Mənbə: Dr. Zaur Qarabaği.


VİDEO QALEREYA
Albert Eynşteynin Prinstondakı ofisi. Eynşteynin stolunda hər zaman çoxlu sənəd, müxtəlif mövzulu kitablar olurdu. Onun belə bir sözü var: Əgər stoldakı qarışıqlıq beyindəki qarşılıqdırsa, bəs boş stol nə məna daşıyır?
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X