Slimfit
  1. AZƏRBAYCAN

3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib
Sakura

Dövlət Miqrasiya Xidməti iyulda 3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verib

Dövlət Miqrasiya Xidməti iyulda 3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verib.

DMX-dən Femida.az-a verilən məlumata görə, iyul ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3406-na müvəqqəti yaşama, 358-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 47-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

Bundan başqa DMX tərəfindən ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, iyulda DMX tərəfindən ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR