Slimfit
  1. AZƏRBAYCANLI

60 yaşın mübarək, Bəylər müəllim!

60 yaşın mübarək, Bəylər müəllim!
Sakura

60 yaşın mübarək, Bəylər müəllim!

Zadəganlara xas davranış, kübarlığ ona İlahidən verilib. İti zəkası, dərin təfəkkürü, ağayanə hərəkətləri onu daha da hörmətli edib. Ruhən azad, müstəqil düşüncəli, həyat eşqi ilə dolu insandır. Dostluqda sədaqətli, təəssübkeşdir. Hansı sahəyə üz tutdusa uğur qarşısına çıxır. Qaydalara riayət etməyi xoşlayır. Necə deyərlər, ədəb-ərkan sahibidir...

Deyir ki,- “Dünya fani dünyadır, insanlar gəldi-gedər. Gərək elə yaşayasan ki, adın çəkiləndə heç kim ağız büzməsin”...

Taleyinə gözəl bir ömür düşüb. Allah ondan heç nəyi əsirgəməyib. Həmişə başı uca olub. Yaşadiği şəhərdə sayılıb seçilən kişilərdəndir. Əl tutmağı, ona pənah gətirənləri sevindirməyi, xeyirxahlığı bacarır. Ata yurdunda körpü saldırıb, kənd məscidinin tikintisinə maddi dəstək olub. Yaşadiği Sumqayıt şəhərində isə abadlıq işlərinə maddi yardım edib, neçə-neçə imkansız tələbənin təhsil haqqını ödəyib, xəstələrin müalicəsinə vəsait ayırıb. Səxavətli adamdır...

...Ömür-gün yoldaşı Kəmalə xanım evdar qadındır. İki oğlu, bir qızı, dörd nəvəsi var. Böyük oğlu Tural 30, ikinci oğlu Tərlan 24 yaşındadırlar. Qızı Xanım xanım isə ailəsi ilə birlikdə Bakıda yaşayırlar...

Haqqında söhbət açdığım Bəylər Əzizov 1960-cı ildə dünyaya gəlib. 1977-ci ildə orta məktəbi bitirib. 1978-1980-ci illərdə hərbi xidmətdə olub. Sonra Moskva Yeyinti Sənayesi İnstitutunda çörək sənayesi üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıtda başlayıb. Əvvəlcə təmir-tikinti idarələrindən birində çilingər, sonra “Azərkimyatəmir” trestinin komsomol təşkilatının katibi işləyib. Daha sonra isə Sumqayıt Çörək Zavodunda sıravi işçidən müəssisənin sədr müavini vəzifəsinədək yüksələ bilib. Bir müddət Sumqayıt Bələdiyyəsində komissiya sədri kimi fəaliyyət göstərib...

Deyir ki,- “Mənim bircə arzum var- Qarabağ tezliklə düşmən tapdağından azad olsun. Köçkünlərimiz öz dədə-baba yurdlarına qayıda bilsinlər”...

Doğma Xəzərin vurğunudur. Hər gün sübh tezdən onu ziyarətə gedir. Sahilində gəzməkdən zövq alır. Yaşının 60-ı haqlamasına baxmayaraq futbol, valeybol oynamaqdan çəkinmir. Səyahəti xoşlayır. İndiyədək on beşə yaxın ölkədə olub...

...Bəli, illər bir-birini əvəz etdikcə yaş üstünə yaş gəlir. Amma qəm etməyinə dəyməz. Çünki hər artan yaş ömrün təntənəsidir. Axı hər yaşın öz gözəlliyi var. Dünən oğul, ata olan gənc Bəylər Əzizov, bu gün dörd nəvənin babası, böyük bir elin ağsaqqalıdır...

Fevralın 16-da onun 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR