Slimfit
  1. AVTO VƏ MOTO

90-cı illərin ən dözümlü yapon avtomobilləri açıqlandı

90-cı illərin ən dözümlü yapon avtomobilləri açıqlandı
Sakura

90-cı illərin ən dözümlü yapon avtomobilləri açıqlandı

Yapon avtomobilləri etibarlılıq və dayanıqlılıq standartı hesab edilir, nadir hallarda istisna olmaqla, öz imicini bu günə qədər qoruyur. DriveNN portalının ekspertləri 90-cı illərin ən dözümlü yapon markalarını açıqladılar.

Ens.az xəbər verir ki, reytinqin lideri 36 ildir istehsall edilən (1968-ci ildən 2004-cü ilədək) Toyota Mark II əfsanəvi sedanı oldu ki, dəfələrlə yapon avtomobil sənayesinin ən etibarlı nümayəndəsi kimi tanınıb. İndi onu ikinci əl bazarında 8-10 mi dollara almaq olar.

İkinci yeri daha çox gənclər üçün olan Mark II bazasında hazırlanmış Toyota Chaser (1977-2011-ci illər) sedanı tutub. Maşının ancaq Yaponiyada satılmasına baxmayaraq, 2000-ci illərin əvvəllərinə qədər onu Rusiya və Cənub-Şərqi Asiyanın bir çox ölkəsində almaq olardı.

Üçüncü yeri hələ də bir çox filmlər və ya oyunlarda rast gəlinən kompakt sportkupe Nissan Skyline R34 (1957-ci il - hazırki dövr) əldə edib. Bundan əlavə, 1989-cu ildə əfsanəvi “Skaylayn” rəsmi olaraq dünyada ən sürətli yapon avtomobili olaraq tanındı.

Reytinqi 1994-cü ildən 1999-cu ilə qədər istehsal edilmiş 6-cı nəsil Toyota Celica sportkupesi bağladı. Minlərlə belə maşın nəzərdən keçirildikdən sonra ekspertlər onun əksər komponentlərinin və aqreqatlarının hətta minlərlə kilometrdən sonra belə istisnasız etibarlılığını tanıdılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR