Slimfit
  1. GÜNDƏM

ABŞ-da “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunacaq

ABŞ-da “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunacaq
Sakura

ABŞ-da “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunacaq

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar yubiley tədbirləri keçiriləcək.

Milli Məclisdən (MM) "Report"a verilən məlumata görə, tədbirlərdə MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Yüksək səviyyəli rəsmi şəxslərin, Böyük Qafqaz regionu ölkələri səfirlərinin, ABŞ-ın hökumət nümayəndələrinin iştirak edəcəyi yubiley tədbirlərində “Əsrin müqaviləsi”nin imzalanmasından bugünədək regionda enerji təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanda, Qazaxıstanda və digər Xəzər hövzəsi ölkələrində neft və qaz istehsalının gələcəyinin öyrənilməsi barədə məsələlərə nəzər salınacaq.

Səfər çərçivəsində komitə sədri ABŞ Konqresində də bir sıra görüşlər keçirəcək, Azərbaycan-ABŞ münasibətlərinə dair müzakirələr aparacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR