Ens.az
22 oktyabr 2019, çərşənbə axşamı
.
.
chevron_left chevron_right
AZƏRBAYCANLI

ABŞ-ın 28 yaşlı azərbaycanlı departament rəhbəri

ABŞ-ın 28 yaşlı azərbaycanlı departament rəhbəri

574 Baxış
ABŞ-ın 28 yaşlı azərbaycanlı departament rəhbəri

Bu günkü qəhrəmanım Vüsal Nəzərovun cəmi iyirmi səkkiz yaşı vardır. Rusiyanın Arxangelsk şəhərində dünyaya gəlsə də bir yaşından iyirmi altı yaşınadək Azərbaycanda yaşayıb. Orta təhsilini Naxçıvanski adına hərbi liseydə başa vurub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alaraq mühəndis iqtisadçı ixtisasına yiyələnib. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2013-cü ildə “Schlumberger” şirkətinin Bakı ofisində əmək fəaliyyətinə başlayıb. Üç il orada satınalma üzrə mütəxəsis, sonradan isə baş mütəxəsis vəzifələrində çalışıb. 2016-cı ildə işinə fasilə verərək, bir il İtaliyanın Piza Universitetində biznesin idarə olunması üzrə təhsilini davam etdirib və magistr dərəcəsi alıb. 2017-ci ildə Bakıya dönərək, bu dəfə “Schlumberger” şirkətinin neft quyularının qazılması şöbəsində mütəxəsis işləyib. 2017-ci ilin avqust ayından həmin şirkətin ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən baş ofisində çalışır. Əvvəlcə Rusiya və mərkəzi asiya ölkələri üzrə ixracat şöbəsində mütəxəsis vəzifəsini icra etsə də, hazırda avropa və yaxın şərq ölkələri üzrə departamentin rəhbəri vəzifəsində işləyir...

...Atası hərbiçidir. Anası isə evdar xanımdır. Vüqar adlı bir qardaşı da vardır. Vüqar Almaniyanın Frankfurt Universitetində magistr təhsili alır...

Bütün gənclər kimi Vüsalın da arzuları çoxdur. Gələcəkdə ixracat üzrə məsləhət şirkəti yaradıb, müştərilərinə bu sahədə dəstək vermək istəyir. Dünya ədəbiyyatını mütaliyə etməkdən yorulmur. Azərbaycan yazarlarından Aslan Quliyevin, Varis Yolçuyevin, Elxan Elatın, Çingiz Abdullayevin əsərlərini oxuduğunu söyləyir. İdmanı çox sevir. Paraşütdən tullanmağı xoşlayır. Tez-tez balıq ovuna gedir. Musiqiyə həvəsi onu bir il skripka dərsləri almağa ruhlandırıb, artıq bu musiqi alətində sərbəst ifa etməyi bacarır...

...2018-ci ildə ailə qurub. Ömür-gün yoldaşı Günay xanım Azərbaycan Dillər Universitetinin məzunudur. Vüsal tezliklə ata olacağına sevinir...

Milli mənəvi dəyərlərə bağlı insandır. Milli kimliyini unutmur. Çalışır ki, davranışı, əməlləri ilə amerikalılar arasında xalqımızın başını uca etsin, azərbaycanlıları onlara sevdirə bilsin. Mədəni, yüksək intelekli gəncdir. İti zəkası, aydın düşüncə tərzi ilə fərqlənir. Zəhməti, bacarığı, savadı sayəsində vəzifə pillələrində irəliləyərək Amerika cəmiyyətində nüfuzlu şəxslərdən biri olmağa səy göstərir...

Deyir ki,- “Azərbaycan neft sənayesinin beşiyidir. Bu sahədə ölkəmizin böyük təcrübəsi vardır. Bu barədə mənimlə işləyən amerikalılara bilgi verməkdən yorulmuram. Onları Azərbaycan, Bakı haqqında bacardığım qədər məlumatlandırmağa çalışıram”...

Bəli, yüksək təhsil almış Azərbaycan gəncləri bacarığına, savadına, işgüzarlığına, səmimiyyətinə, mədəniyyətinə görə dünya gəncləri ilə eyni səviyyədədir. Onlara meydan verib, şərait yaradanda, hətta əcnəbi həmyaşıdlarından irəli gedə bilirlər. Lap elə bizim Vüsal Nəzərov kimi. Zarafat deyil, gənc olmasına baxmayaraq, Amerika kimi nəhəng bir ölkədə məşhur “Schlumberger” neft şirkətinin avropa və yaxın şərq ölkələri üzrə departamenti ona həvalə olunub...


Müəllif: Elman Eldaroğlu, ABŞ, Miçiqan





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X