1. DÜNYA

ABŞ-in yeni sanksiya siyahısı: Mişustin, Peskov, Abramoviç və daha kimlər...

ABŞ-in yeni sanksiya siyahısı: Mişustin, Peskov, Abramoviç və daha kimlər...

ABŞ-in yeni sanksiya siyahısı: Mişustin, Peskov, Abramoviç və daha kimlər...

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, ABŞ rusiyalı məmurlar, iş adamları və jurnalistlərə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

35 nəfərin daxil edildiyi siyahıda Rusiyanın Baş naziri Mixail Mişustin, ölkə prezidentinin sözçüsü Dmitri Peskov, FTX rəhbəri Aleksandr Bortnikov, “Rosneft” və “Qazprom” kimi şirkətlərin rəhbərləri İqor Seçin və Aleksandr Miller, habelə məşhur milyarder Roman Abramoviç, eləcə də “Russia Today” agentliyinin başçısı Marqarita Simonyan və “Birinci kanal”ın sədri Konstantin Ernstin də adları var.  

Qanun layihəsi artıq Nümayəndələr Palatasının reqlament komitəsi tərəfindən təsdiq edilib. Sənəd ABŞ-ın 2022-ci il müdafiə büdcəsi layihəsinə düzəliş kimi təqdim olunub.

Mənbə: “RİA Novosti”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR