Slimfit
  1. DÜNYA

ABŞ mediası Trampa qarşı: Ərdoğan qələbə çaldı

ABŞ mediası Trampa qarşı: Ərdoğan qələbə çaldı
Sakura

ABŞ mediası Trampa qarşı: Ərdoğan qələbə çaldı

ABŞ mətbuatı Türkiyə ilə Suriya məsələsində razılıq əldə olunmasını “Türkiyənin zəfəri” kimi təqdim edib.

Axar.az xəbər verir ki, ABŞ-ın nüfuzlu “Nyu York Tayms” nəşri məsələ ilə bağlı “Türkiyə savaşı dayandırmağı qəbul elədi, lakin qoşunlarını Suriyanın şimal-şərqindən çıxarmayacaq” başlıqlı geniş məqalə yayımlayıb.

“Razılaşma bir çox cəhətdən Türkiyə üçün zəfərdir. Türkiyəyə istədiyinin bir çoxu verildi və Trampın iqtisadi sanksiyalarının da qarşısı alındı”, - nəşr yazıb.

Nəşr həmçinin razılaşmaya tənqidi yanaşanların sözügedən sənədi “Trampın Ərdoğan tərəfindən bir gündən qısa müddət ərzində ikinci dəfə alçaldılması” kimi qəbul etdiyini qeyd edib.

Bu mənada ilk “alçaldılma” kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampın ona yazdığı məktubu cırıb atması göstərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR