Slimfit
  1. DÜNYA

ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək

ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək
Sakura

ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək

Əgər “TikTok” ABŞ-ın milli təhlükəsizliyi təhlükəsi ilə bağlı problemi aradan qaldırmasa, Birləşmiş Ştatların Ticarət Nazirliyi sentyabrın 20-dən ölkədə bu proqramın yüklənməsini, noyabrın 12-dən isə istifadəsini qadağan edəcək.

Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatında deyilir.

"ABŞ prezidenti Donald Trampın 6 avqust 2020-ci il fərmanlarına cavab olaraq, Ticarət Nazirliyi Birləşmiş Ştatların milli təhlükəsizliyinin təminatı üçün “WeChat” və “TikTok” mobil proqramları ilə bağlı sazişlərin qadağan olunduğunu elan etdi", - Ticarət Nazirliyi bildirib.

Bu halda yerli KİV daha əvvəl bildirib ki, ABŞ-dakı “Oracle” və “ByteDance” yeni “TikTok Global” şirkətini yaradacaq.

ABŞ administrasiyası “TikTok” proqramını amerikalıların məlumatlarını Çin hakimiyyətinə ötürməkdə ittiham edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR