Slimfit
  1. İQTİSADİYYAT

ABŞ və Avropa Səudiyyə neftindən imtina edir

ABŞ və Avropa Səudiyyə neftindən imtina edir
Sakura

ABŞ və Avropa Səudiyyə neftindən imtina edir

Avropa və ABŞ-dakı bir çox neft emalı zavodu Səudiyyə Ərəbistanından əlavə həcmdə nefti endirimli qiymətlərlə almaqdan imtina edib, Rusiya isə hasil etdiyi nefti , tələbatın tədricən bərpa olunduğu Çinə yönləndirə bilib. Bu barədə The Wall Street Journal Səudiyyə rəsmiləri və sahibkarların mənbələrinə istinadən məlumat verib.

Ens.az saytının verdiyi məlumata görə, Avropa və ABŞ-da tələbin azalması fonunda Səudiyyə Ərəbistanı bu bazarlarda yeni neft alıcısı tapmaqda çətinlik çəkir. Nəşr qeyd edir ki, artıq alıcılar anbarın olmaması problemi ilə üzləşirlər, buna görə əlavə həcm almaq daha çətindir. "Səudiyyə Ərəbistanının (neftin) qiymətindəki azalmalar bazarlarda, xüsusən də bəzi Avropa ölkələrində, Rusiya neftinin satış payını əldə etməyə, onu sıxışdırmağa hesablanmışdı", - məqalədə deyilir: "Lakin treyderlər bildirir ki, Rusiya , Avropada itirdiyi alıcıların əvəzini tələbatın yavaş-yavaş bərpa olunduğu Çin bazarı hesabına bərpa etməkdədir."

Materialda deyilir ki, yeni koronavirusun yayılması fonunda Səudiyyə Ərəbistanı neftinə tələbat Hindistanda da azalıb. Materialdakı hesablamalara görə, krallıqdakı şirkətlər Avropa bazarlarında "rəqabətli qalmaq" üçün gələn ay neft qiymətlərini daha da endirməli olacaqlar.

Nəşr qeyd edir ki, Birləşmiş Ərəb Əmirliklərində istehsal olunan neftə də tələbat azalıb.

Rusiya və Səudiyyə Ərəbistanı, hazırkı tənzimləmə müddəti bitdikdən sonra, mart ayından sonra hasilatın azaldılması barədə razılığa gələ bilmədikdən sonra neft qiymətləri aşağı düşdü. Hər iki dövlət aprel ayında hasilatı artırmaq niyyətindədir.

 

Mənbə: tass.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR