Slimfit
  1. DÜNYA

ABŞ və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib

ABŞ və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib
Sakura

ABŞ və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşündə müzakirə olunan məsələlər açıqlanıb.

APA-nın xəbərinə görə, Mayk Pens görüşdə müzakirə və qəbul edilən qərarları açıqlayıb. Tərəflər YPG qüvvələrinin təhlükəsiz bölgəyə daşınması üçün Türkiyənin hərbi əməliyyatları bir müddət dayandırmasına qərar verib. Pens deyib ki, YPG 120 saat ərzində ərazidən çəkiləcək: "Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı qərar qəbul edib".

APA-nın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib. O, qeyd edib ki, YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək. Onun sözlərinə görə, Türkiyə prezidenti R.T.Ərdoğanla təhlükəsiz bölgə məsələsində razılaşma əldə edilib.

 

ABŞ prezidenti də şəxsi "Twitter" hesanda Ərdoğana təşəkkür edib və "Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olunacaq", - deyə yazıb. O, hərbi əməliyyatlar başa çatanda sanksiyaların da dayandırılacağını əlavə edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR