Slimfit
  1. MARAQLI

Abşeronun daş yollarının sirri

Abşeronun daş yollarının sirri
Sakura

Abşeronun daş yollarının sirri

Abşeron yarımadasının qədim torpaqları özündə bir çox sirrləri və əfsanələri saxlamaqdadır. Ümid edirik ki, nə vaxtsa onların hamısı haqqında məqalələr yazılacaq. Ancaq indi bütün dünya alimlərinin bir neçə əsrlər boyu çözməyə çalışdıqları bir sirr barədə danışmaq istəyirik. Söhbət heç bir yerə getməyən qədim yollardan gedir.

Türkan kəndi yaxınlığındakı daş yol (yaşı 3-5 000 il)

5000 il əvvəlki sirr

Sanki qarda xizək tirlərinə bənzəyən bu anlaşılmaz yollara ilk dəfə Abbasqulu ağa Bakıxanov (1794-1847) diqqət çəkmişdi. Məşhur alim-maarifçi, yazıçı, şair, Azərbaycan tarixşünaslığının və arxeologiyasının banisi yazırdı:

... Bakı qəzasında Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərdə, eləcə də bəzi adalarda dənizə qədər uzanan təkərlərin izlərinin qalıqları qayalarda görünür.

Rusiya İmperiyasında beş dəfə ordenlə təltıf olunmuş, Qriboyedov və Bestujev-Marlinskinin dostu və əslən Əmircan kəndindən olan Bakıxanov bir qədər səhvə yol verirdi. Bunlar təkər izləri deyildi.

"Daş yollar" adlanan izlərin sonrakı tədqiqatı göstərdi ki, onlar paralel deyil və fərqli dərinliklərə malikdirlər. Və bu yolların sayı beşə çata bilər. Onların bir çoxu sadəcə dənizə gedir.

Artıq müasir tədqiqatçılar bu yolların yaşlarını - 4-5 000 il müəyyənləşdiriblər. Onların bəzilərinin dərinliyi yarım metrə çatır.

Təəssüf ki, çox sayda olması və niyə yaradıldıqları barədə az məlumat olması səbəbindən Sovet dönəmində alimlər bu tapıntıları vacib bir şeyə aid etməmişdir. Eyni hal indi də davam edir. Buna görə də, həmin "yollar" hazırda səkkiz yerdə kifayət qədər yaxşı qalıb.

Onların çoxu suyun altından keçərək dənizə tərəf yönəldilib.

Bu dərin qırışların nə üçün sərt qaya materialından işləndiyini heç kəs bilmir. Bir çox versiya var, lakin bunların heç biri elmi ictimaiyyət tərəfindən qəbul edilmir, çünki o dövrün insanlarının həyatı müasir düşüncələrə sığmır.

Abşeron və Maltanı nə birləşdirir?

Abşeronda olduğu kimi eyni izlər Maltada da qorunub saxlanılıb. Onlar da şərti paraleldirlər, fərqli dərinliklərə malikdirlər, birləşir və ayrılırlar. Orada həmin yerlərə turistləri cəlb edirlər, buna görə daha baxımlı və daha yaxşı qorunurlar.

Fenomenin öyrənilməsinə bir neçə ciddi ekspedisiya həsr olunmuşdu, lakin qayalarda kim tərəfindən və nə üçün kəsildiyini tapmaq mümkün olmayıb. Lakin elm adamları sübut etdilər ki, bütün "yollar" süni mənşəlidir və bunlar tamamilə dəlinməklə edilib - emal vasitələrinin izləri şaquli divarlarda qalıb.

Başqa bir sirli fakt, sahilə çıxan "yollar" ın dəniz səviyyəsinin yüksəlməsinin nəticəsi olmadığıdır. Dalğıclar yüzlərlə metr suyun altına izlərin davamını təqib ediblər.

Xüsusilə, son 10 min ildə Aralıq dənizinin səviyyəsinin çox dəyişmədiyini düşündüyünüz zaman bu, fantastik görünür.

Tarixdən əvvəlki meqalit abidəsi olan ən məşhur izlər – Misrax Qar İl-Kbir (Malta adasının cənub-qərbi).

Misrax Qar İl-Kbir

Ancaq Abşerona qayıdaq.

Abşeronda bu izləri kim yonmuşdu?

Malta haqqında danışarkən başa düşürük ki, ada "daş yollar" meydana gəlməmişdən bir neçə min il əvvəl məskunlaşmışdı və bu izlər dəlinən vaxta bu ərazidə olduqca sıx məskunlaşma vardı. Bundan başqa, həmin zamana qədər Maltada inkişaf etmiş bir sivilizasiya mövcud idi. O dövrün Malta paytaxtı Mdinanın 4000 illik yaşı var.

Abşeronda insanlar Maltadan xeyli əvvəl yaşayırdılar. Artıq 5000 il əvvəl Qala yaxınlığında yaşayış məntəqəsi mövcud idi, bir çox yerlərdə (Zirə, Türkan və s.) 5000 il əvvələ aid kurqanlar tapılmışdır. Lakin həmin dövr barədə məlumatlara əsasən, 3-5 min il əvvəlki Abşeron şəhərcikləri bir neçə məhəllə və yüzə qədər əhaliyə sahib idi.

Abşeron izi

Onların heç biri on və hətta yüzlərlə metr yol dəlmək kimi bir lüksə sahib ola bilməzdi. Qədim abşeronlular hələ su altında bunu necə edə bilmişdilər?

İndiki kədərli durum

Mütəxəssislərin fikrincə, Abşeron "daş yolları" Maltadakılardan daha qədim ola bilər. Ancaq təəssüf ki, bununla bağlı hələ də ciddi araşdırmalar aparılmır.

Həvəs göstərən alimlər, bəzi proqramlar var, amma bütün bunlar dövlət səviyyəsində deyil.

Abşeronun daş yolları

Yeri gəlmişkən, heç bir qoruyucu status almadan turistləri cəlb edə biləcək qədim abidələr tədricən məhv edilir. 2003 və 2017-ci illərdə eyni yerlərin şəkillərinə baxın.

Mənbə: Визит в Азербайджан

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR