Slimfit
  1. MARAQLI

“Adidas” köhnə geyimləri yeniləri ilə əvəz edir

“Adidas” köhnə geyimləri yeniləri ilə əvəz edir
Sakura

“Adidas” köhnə geyimləri yeniləri ilə əvəz edir

Dünyanın ən nəhəng idman geyimləri istehsalçılarından biri olan “Adidas” yeni bir proqram layihəsinə start verib. Belə ki, bu proqram çərçivəsində son beş il ərzində həmin brenddən alınmış malları istənilən vəziyyətdə geri qaytarmaq mümkün olacaq. Əvəzində isə şirkət öz mağazalarından növbəti alış-veriş üçün çeklər təqdim edir.

Alman brendinin bu təşəbbüsü dünyada geyimlərin istehsalı ilə əlaqədar artan tullantı sayı probleminin həll edilməsinə yönəlib.

Köhnə geyimlərin yenilərlə əvəz edilməsi layihəsi Böyük Britaniyada  yerli “Stuffsr” startapı ilə birgə əməkdaşlıqla həyata keçirilir. O, eBay və digər platformalarda logistika və yenidə satış işlərinə cavabdehlk edəcək. Proqram layihəsi çərçivəsində qiyməti 25 dollardan az olmayan əşyaları geri qaytarmaq olacaq. Onlar  daha yaxşı vəziyyətə gətirilib yenidən satışa veriləcək, qalan məhsullar  isə emala göndəriləcək.

Qeyd edək ki, bu, istehsalçının köhnə geyimlərin geri götürülməsi ilə bağlı ilk kompaniyası deyil.

2020-ci ildə “Adidas”-ın bu ekoloji təşəbbüsünün artıq digər beynəlxalq bazarlarda da tətbiq ediləcəyi gözlənilir.

 
Mənbə: bizplus.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR