Slimfit
  1. İDMAN

AFFA iki oyunçunu danışılımış oyunlara görə futboldan kənarlaşdırıb

AFFA iki oyunçunu danışılımış oyunlara görə futboldan kənarlaşdırıb
Sakura

AFFA iki oyunçunu danışılımış oyunlara görə futboldan kənarlaşdırıb

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

"Report" xəbər verir ki, toplantıda I Divizionda çıxış edən “Ağsu” klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. 

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR