19 fevral 2020, çərşənbə
.
.
chevron_left chevron_right
İDMAN

AFFA İntizam Komitəsi 'Qarabağ'la bağlı məsələyə baxacaq

AFFA İntizam Komitəsi 'Qarabağ'la bağlı məsələyə baxacaq

104 Baxış
AFFA İntizam Komitəsi 'Qarabağ'la bağlı məsələyə baxacaq

"Qarabağ" klubunun bəzi üzvləri Azərbaycan Premyer Liqasında ilk turun "Keşlə" ilə səfər matçında Peşəkar Futbol Liqasının (PFL) tələbini yerinə yetirməyib.

Bu barədə "Report"a PFL-in Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

O bildirib ki, Ağdam təmsilçisinin məşqçi heyəti və digər şəxslər matçda tələb olunan A buraxılış vəsiqəsini taxmayıblar: "Birinci turun açılış matçında belə hal müşahidə olundu. Yəqin ki, qarşılaşmanın AFFA nümayəndəsi bunu öz raportunda qeyd edəcək. Qayda bu ildən Azərbaycan çempionatında tətbiq olunur. Düşünürəm ki, ilk turda belə problemlərin olması normaldır. Yəqin ki, növbəti turadək aradan qaldırılacaq. Kluba cəza veriləcəyini və ya xəbardarlıq olunacağını deyə bilmərəm. AFFA numayəndəsinin təqdim etdiyi raporta əsasə, İntizam Komitəsi qərar çıxaracaq".

"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov isə "Report"a bildirib ki, Qurbanovun tanınması üçün xüsusi vəsiqəyə ehtiyac yoxdur: "Bu sistem dünya praktikasında stadiona daxil olub soyunub-geyinmə otağına girənə kimi tətbiq edilir. Bir neçə il öncə hansısa oyunda belə bir problem yaşandı və kimsə bu formada içəri daxil oldu. Xüsusi akkreditasiya komandanın texniki heyətinə verilir və soyunub-geyinmə otağına daxil olmaq üçündür. Ondan sonra isə baş məşqçimiz Qurban Qurbanov xüsusi geyimdə meydana daxil olub. Biz qayda-qanunlara hörmətlə yanaşırıq. Amma reallıqda Qurban Qurbanovun tanınması üçün hər hansı "becik"ə ehtiyac yoxdur".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir: "PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır".





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X