Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ağahəsən Ağahüseynov Yarı oğlu

Ağahəsən Ağahüseynov Yarı oğlu
Sakura

Ağahüseynov Ağahəsən Yarı oğlu - "20 Yanvar Şəhidi"

Ağahəsən Ağahüseynov Yarı oğlu "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.

Haqqında

1957-ci il aprelin 19-da Bakıda anadan olmuşdur.Xətai rayonundakı 8 nömrəli elektrik şəbəkəsində elektrik mantyoru işləyib.

Şəhid olması

O gün axşam Ağahəsən qardaşı Tavabillə bir yerdə Salyan qazarmasının yanında olmuşdur. Salyan qazarmasının qapıları açılıb, bir tank yolda dayanan maşınları əzməyə başlayıb. Eyni zamanda həm tankdan, həm binaların üstündən, həm benzindoldurma məntəqəsi tərəfindən güllələr yağmağa başlayıb. Ağahəsən yaralıları maşına daşıyarkən yaralanıb, onu Topçubaşov adına Eksperimental mikrocərrahiyyə xəstəxanasına aparırlar. 4 güllə yarası almış, gövdə nahiyəsinin sağ və sol tərəfləri dağıdıcı zədələnmiş, şok vəziyyəti yaranmışdı. Cərrahiyyə əməliyyatının köməyi olmamış, səhər saat 7-də keçinmişdir. İki azyaşlı oğlanları Bəxtiyar və Səbuhi qalmışdır. Əhmədli qəbiristanlığında dəfn edilmişdir.

Ünvan

Yeni Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, ev 18, mənzil 104.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR