Slimfit
  1. BİOQRAFİYA

Ağazadə İqbal Fehruz oğlu

Ağazadə İqbal Fehruz oğlu
Sakura

Ağazadə İqbal Fehruz oğlu — Azərbaycan Respublikası Milli Məclisinin keçmiş üzvü, Qarabağ qazisi, Ümid…

Həyatı

İqbal Ağazadə 1968-ci il sentyabrın 18-də Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetininşərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus, fars və ingilis dillərini bilir.[Mənbə göstərin]

1994-cü ildən Bakı Dövlət Universitetində, 1995–1999-cu illərdə Bakı Asiya Universitetində müəllim işləmişdir. Azərbaycan Ümid Partiyasının sədridir.

II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Evlidir, 2 övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR