Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ağdamda şəhid Rövşən Şərifov və Əlvan Bəxtiyarovun xatirəsi anılıb

Ağdamda şəhid Rövşən Şərifov və Əlvan Bəxtiyarovun xatirəsi anılıb
Sakura

Ağdamda şəhid Rövşən Şərifov və Əlvan Bəxtiyarovun xatirəsi anılıb

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Rövşən Şərifov və Əlvan Bəxtiyarovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin, Mahrızlı kənd tam orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Zəngişalı kənd mədəniyyət evinin direktoru Fikrət Əliyev, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək, onların mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar.

Məlumat verilib ki, Əlvan Şəfa oğlu Bəxtiyarov 1973-cü il sentyabrın 30-da Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1991-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Ağdam təmir-tikinti sahəsində mühasib işləməyə başlayıb. 1992-ci ilin aprelində hərbi xidmətə çağırılıb. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin təşkil etdiyi taborda xidmətə başlayan Əlvan öz nizam-intizamı ilə fərqlənib və çavuş rütbəsi alıb. Ağdam, Əsgəran, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, yoldaşları ilə birgə işğalçıların bir neçə texnikasını və onlarla canlı qüvvəsini məhv edib. 1993-cü il iyunun 6-da Ağdam rayonunun Maqsudlu kəndi uğrunda gedən döyüşlərdə düşmənin minaatandan açdığı atəş nəticəsində şəhid olub. Mahrızlı kənd qəbiristanlığında dəfn edilib.

Rövşən Rüfət oğlu Şərifov 1973-cü il noyabrın 25-də Ağdamın Seyidli kəndində anadan olsa da, Zəngişalı kəndində boya-başa çatıb. 1992-ci ildə ordu sıralarına çağırılan R.Məmmədov Şelli, Qaradağlı, Muğanlı, Bağbanlar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyunun 5-də düşmənin Şelli kəndinə hücumunun qarşısını alarkən snayper gülləsinə tuş gələrək, həlak olub. Mahrızlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasim iştirakçıları sonra hər iki şəhidin Döyüş Şöhrəti Muzeyində saxlanılan fotolarına və şəxsi əşyalarına baxıb, video-slayd izləyiblər. Məktəblilər kompozisiya nümayiş etdirib, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Sonda tədbirin hazırlanmasında iştirak edənlərə fəxri fərmanlar təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR