Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb

Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
Sakura

Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb

 

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Səyyaf Məmmədovun ailə üzvlərinin, Ağdam Tarix Diyarşünaslıq Muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 14 saylı filialının işçilərinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidin anası Sona Məmmədova, qardaşı Səyavuş Məmmədov və başqaları çıxış edərək, onun mənalı həyat və döyüş yolundan danışıblar. Məlumat verilib ki, Məmmədov Səyyaf Elxan oğlu 1978-ci il dekabrın 26-da Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta təhsilini Mahrızlı kənd tam orta məktəbində, musiqi təhsilini isə Qaradağlı kənd uşaq musiqi məktəbində alıb. 1997-ci ildə Azərbaycan ordusunda hərbi xidmətə çağırılan S.Məmmədov Ermənistanla sərhəddə yerləşən N saylı hərbi hissədə Vətənə qulluq edib. 1998-ci il iyunun 15-dən 16-na keçən gecə hərbi tapşırığı yerinə yetirərkən minaya düşərək şəhid olub.

Mərasim iştirakçıları sonra şəhid Səyyaf Məmmədov haqqında hazırlanmış videoslayda baxıb, şəhidin əşyaları və fotoları ilə tanış olublar. Tədbirdə məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR