Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağız qoxusunun səbəbləri hansılardır?

Ağız qoxusunun səbəbləri hansılardır?
Sakura

Ağız qoxusunun səbəbləri hansılardır?

Ağızdan gələn qoxu əksər hallarda gigiyenaya əməl etməmək, dişləri düzgün təmizləməməklə əlaqələndirilir. Bütün bunlar diş əti iltihabına yol açır, diş ətinin qanaması və ağızdan qoxunun gəlməsinə səbəb olur. Amma ağız qoxunun tək səbəbi bu deyil. Mütəxəssislər hesab edir ki, bu, bir çox amillərlə bağlıdır.

Vaxtında müalicə olunmayan çürük dişlər ağızdan şiddətli qoxu gəlməsinin əsas səbəblərindən sayılır.

Səbəblərdən biri də diş daşlarıdır. Onlar bakteriyalar və qida artıqlarından ibarətdir. Diş daşları təmizlənməsə, onların üzərinə müntəzəm hopan bakteriyalar qoxuya səbəb olur.

Bir çoxları bəlkə də dilin fırçalanması deyəndə təəccüblənə bilərlər. Amma dişlər kimi dil də eyni qaydada fırçalanmalıdır. Dilin üzərində olan girinti-çıxıntılara (ələlxüsus da onlar dərindirsə) dolan qida artıqları belə bir hala yol açır.

Düzgün quraşdırılmayan diş protezlərinin altına dolan qidalar və eyni zamanda protezin diş ətində yaratdığı problemlər də iyə səbəb ola bilir.

Tütün istifadəsi də qoxunun səbəblərindən biri sayılır. Siqaret ağız içində tüpürcək ifrazını azaldır. Bu isə bakteriyaların çoxalmasına və nəhayət ağız qoxusuna səbəb olur.

Spirtli içkilər ağızda quruluq yaradır, bu da qoxu yaranmasına yol açır.

Bir çox xəstəliklər - diabet, reflüks, qastrit, mədə xorası, tənəffüs yollarının infeksiyaları, böyrək xəstəlikləri və s. də ağızdan pis qoxu gəlməsinə səbəb olur.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR