Slimfit
  1. BİOQRAFİYA

Ağqızoğlu Piri

Ağqızoğlu Piri
Sakura

Azərbaycanın XVIII əsr şairlərindən biri

Ağqız oğlu Piri M.P. Vaqif və M.V. Vidadinin müasiri olmuş, onlarla yaxın əlaqə saxlamışdır. Heca vəzni ilə yazılmış şeirləri vardır. Əsərləri çap edilməmişdir.

Güman olunur ki, Molla Pənah Vaqifin qardaşıdır. XVIII yüzilin tanınmış şairlərindən olan Ağqız oğlu Piri qoşqularında kirvəsi, Şuşa şəhərinin qalabəyisi Məhəmmədxan bəy Səlif bəy oğlu Gecəgözlü-Cavanşiri öymüşdü.

Günlərin birində, Dağıstan qoşunundan bir ləzgi Şair Pirinin qatırının noxtasını, sərçulunu soyur. Ağqız oğlu Piri ləzgini nə qədər dara qısnayırsa, boynuna almır. Hələ çımxırıb, bir-iki söyüş də söyür. Dava-dartışla iş hasil olmayacağını görüb üz tutur divana.

Kirvəsi Məhəmmədxan bəyi tapıb şikayətini eləyir. Məhəmmədxan bəy fərraşlardan birini göndərib ləzgini önünə çağırtdırır. Əsəslərə buyurur ki, tez bu pəzəvəngi qaldırıb yerə vurun. Beş-on çubuqdan sonra canı acışan ləzgi noxtanın, sərçulun yerini söyləyir. Ağqız oğlu Piri kirvəsinin canına dua edə-edə evinə yollanır. Bu olayla bağlı qoşqularının birində deyir:

Bamidad vəqtində Novruz uymuşdu,
Aparıb qatırı ota qoymuşdu;
Noxtasın, sərçulun ləzgi soymuşdu,
Kirvə Məmmədxan bəy dövlətin ziyad,
Həm elin abad, 
Sümüyün polad…

Pirinin Novruz adlı oğlu vardı.

Ağqız oğlu Piri başqa bir qoşmasını bütövlüklə Məhəmmədxan bəyə həsr edib. Bu qoşmada demək olar ki, qalabəyinin gördüyü bəzi işlər sadalanır.

 

Qoşmaları

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR