Slimfit
  1. MARAQLI

Ağrı haqqında 7 gözlənilməz fakt

Ağrı haqqında 7 gözlənilməz fakt
Sakura

Ağrı haqqında 7 gözlənilməz fakt

Ağrı - sağ qalmaq üçün lazım olan mexanizmdir. Nə üçün qadınlar ağrını kişidən daha asan keçirirlər? Hansı məhsullardan bağ ağrısı baş verir? Ağrı hiss etməmək kimi nadir xəstəliyə tutulan insanlar necə yaşayır? Bütün bu suallara məqaləmizdə cavab tapa bilərsiniz.

  1. Hər insan gün ərzində 100-dən çox ağrı tutmasını yaşayır. Amma beyin onların heç də hamısını müşahidə etmir. Axı beynimizdə neyronlardan impulsları nəzarətdə saxlayan və onları təhlükəli və ya olmayanlara ayıran “ağrı mərkəzi” yerləşib. Bu kommutator adacıq adlanır və beyin yarımkürələri arasında dərinlikdə gizlənmişdir. Bəzən bu mərkəz “xarab olur” və insan heç nədən ağrı hiss edə bilir. Belə problemi tibbdə “uçan ağrılar” adlandırırlar.
  2. Dünyada heç vaxt heç bir yeri ağrımayan 700 insan yaşayır. Amma onları xoşbəxt adlandırmaq olmaz. Onlar nadir xəstəlik - sirinqomieliyanın qurbanlarıdır ki, bu zaman sinir sonluqlarının həssaslığı itir. Xəstəlik genetik də ola bilər və ya ağır beyin travmasından yarana bilər. Bu insanlar ən çox 40 yaşa qədər yaşayır: hiss etmədən özlərinə zərər vuran travmalara orqanizm sadəcə daha uzun müddət dözə bilmir. Axı ağrıya qarşı kütlük bədəni daha kövrək etmir.
  3. Psixogen ağrı depressiyanın yeganə əlaməti ola bilər. İnsana elə gəlir ki, hər yeri ağrıyır - gah baş, gah ürək, dah mədə. Müayinə zamanı isə heç nə tapılmır. Belə pasientlərin təxminən 70%-i qadınlardır. Belə ağrı analgetiklərin qəbulu ilə keçmir. Amma validol və adi damotu əla təsir edir.
  4. Zərif cins ağrını daha yaxşı keçirir. Qadın cinsi hormonları olan estrogenlər təbii anelgetik təsirinə malikdir. Kişilərdə isə əsas ağrı tənzimləyicisi stress hormonu olan adrenalindir. Buna görə də döyüş və ya dava zamanı maço travma olsa da, həyatla uyğun olmasa da döyüşməyə davam edəcək. Amma sülh həyatında isə adi iynədən belə huşunu itirə bilər.
  5. Ağrını cilovlamağa istior kömək edəcək. Alimlər məhz onda kapsiasin maddəsi tapıblar. Onu ağrı impulslarının blokedicisi adlandırırlar. O, həmçinin qıtıqotu və xardalın tərkibində var. Həkimlər nevralgiya, artroza kimi xroniki ağrı sindromu olan insanlara özlərinə bu ədviyyatlardan korluq verməməyi tövsiyə edirlər. Həmçinin kapsiasin molekulları olan ağrı kəsicilər hazırlanır.
  6. Sinir sonluqlarını qıcıqlandıran məhsullar var. Baş ağrısı tutmasına səbəb olan məhsullar: parmezan kimi saxlanılan pendirlər, hisdə qurudulmuş ət, sirkə, natrium qlütamatla olan istənilən məhsullar (həll olunan şorbalar, konservlər, kolbasa).
  7. Başqasının ağrısını özünə götürmək mümkündürmü? Əlbəttə! Doğrudur, başqa insanın yüngülləşəcəyi bilinmir. Amma sizdə də yaxınınızı narahat edən bədən hissəsi ağrıya bilər. Özü də güzgü şəklində - əsnəmək kimi tez-tez baş verə bilər. “Ağrı mərkəzi” iztirabın vizual siqnalını emal edir və ondan sonra sizin bədəninizə proyeksiya edir. Bu təşəbbüskeşlik fenomenidir. Siz real ağrı hiss edəcəksiniz!

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR