Slimfit
  1. MEDİA

Akademik Akif Əlizadə AMEA-nın Fiziologiya İnstitutunda aparılan təmir-tikinti işləri ilə tanış olub

Akademik Akif Əlizadə AMEA-nın Fiziologiya İnstitutunda aparılan  təmir-tikinti işləri ilə tanış olub
Sakura

Akademik Akif Əlizadə AMEA-nın Fiziologiya İnstitutunda aparılan təmir-tikinti işləri ilə tanış olub

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda həyata keçirilən təmir-tikinti işlərinin gedişi ilə tanış olub.

İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA rəhbərini institutun akt zalı, şöbələri, laboratoriyaları və ərazidəki inzibati-laboratoriya binası ilə tanış edib.

Akademik Akif Əlizadə burada yeni yaradılan Eksperimental transplantologiya və immunafiziologiya laboratoriyası və digər otaqlara baş çəkib. Laboratoriyanın rəhbəri, uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan laboratoriyanın strukturu haqqında təqdimatla çıxış edib. Binada eksperimentə cəlb ediləcək böyük və kiçik heyvanların saxlanılması üçün vivarium, heyvanlar üçün əməliyyatxana, immunafizioloji, toxuma histologiyası və digər bölmələrin olduğunu deyib. Alim laboratoriyada marginal donorların orqanlarından istifadə, immunoloji yöndən uğursuz donorların istifadəsi üçün yeni preparat və metodikaların işlənib hazırlanması, orqan rezervasiyası üçün mühitin yaradılması, yaşlı insanlarda orqan transplantasiyasının sərhədlərinin genişləndirilməsi, multiorqan transplantasiyasının həyata keçirilməsi kimi gələcək prioritet istiqamətləri sadalayıb. R.Şolan laboratoriyanın gələcək fəaliyyətində Cənubi Koreya Respublikasının Yonsei Universitetinin təcrübəsindən yaralanılacağını diqqətə çatdırıb. Təqdimatda transplantologiyanın gələcəyindən söz açan laboratoriya rəhbəri uşaqlıq, ətrafların, bağırsaq və digər orqanların transplantasiyası məqsədilə tibbi tədqiqatların davam etdiyini də bildirib.

AMEA prezidenti aparılan təmir və yenidənqurma işlərini yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib. Yeni yaradılan laboratoriyanın akademiyanın tibbi təqdiqatların genişləndirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsi olduğunu deyib.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və bölməyə aid olan elmi müəssisələrin direktorları da institutda yaradılan şəraitlə tanış olublar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR