Slimfit
  1. İDMAN

Akrobatlarımız beynəlxalq turnirdə 3 medal qazandı

Akrobatlarımız beynəlxalq turnirdə 3 medal qazandı
Sakura

Akrobatlarımız beynəlxalq turnirdə 3 medal qazandı

 

Rusiyanın Sankt-Peterburq şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir yekunlaşıb.

Trend-in məlumatına görə, Azərbaycan gimnastları turniri 3 medalla başa vurublar. Belə ki, beynəlxalq arenada ilk addımlarını atan qarışıq cütlüyümüz Samirə Rüstəmova və Rauf Cabbarovun (11-16 yaş kateqoriyasında) çıxışları 80.800 xalla dəyərləndirilib və bununla da onlar gümüş medal qazanıblar.

13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov da komanda yoldaşlarından geri qalmayaraq, uğurlu çıxışları ilə gümüş medala (83.360 xal) layiq görülüblər.

 

Komandamızın hesabına növbəti gümüş medalı isə 12-18 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz yazdırıb. Qızlarımız 82.850 xal toplayaraq, fəxri kürsünün 2-ci pilləsində qərarlaşıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR