Slimfit
  1. MEDİA

Aleksandr Duqin: Rusiyanın Ermənistana bir çox sualı var

Aleksandr Duqin: Rusiyanın Ermənistana bir çox sualı var
Sakura

Aleksandr Duqin: Rusiyanın Ermənistana bir çox sualı var

Bu həftə regional məsələlər və Avrasiya inteqrasiya məsələləri üzrə Daimi Komissiyanın sədri Mikael Melkumyanın rəhbərliyi altında Ermənistan parlamentinin nümayəndə heyəti Moskvada səfərdə idi. Erməni deputatların Rusiya paytaxtında keçirdiyi görüşlər elə də xoş olmadı.

RF-nin Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy bəyan etdi ki, Rusiyanın strateji partnyorları ilə ikitərəfli görüşü vacibdir, amma aktual problemlərin həlli daha vacibdir. Onun sözlərinə əsasən, həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada müştərək həll tələb edən çoxsaylı aktual suallar yığılaraq qalıb. Pyotr Tolstoy xatırladıb ki, Rusiyanın ABŞ kimi Ermənistanda çoxsaylı qeyri-kommersiya təşkilatı yoxdur.

Məsələ ilə bağlı Media.Az siyasi elmlər üzrə doktor, rusiyalı filosof və publisist, Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqinin fikrini soruşub:

- Erməni nümayəndə heyəti ilə görüşdə Pyotr Tolstoy bəyan etdi ki, ölkələr arasında kifayət qədər çoxlu sual var və bu suallar cavabını tapmalı, məsələlər həll olunmalıdır. Söhbət həm ikitərəfli münasibətlərdən, həm də beynəlxalq arenada qarşılıqlı münasibətlərdən gedir. Burada daha çox ATƏT PA-dakı səs vermə nəzərdə tutulub. Sözügedən səsvermə zamanı dörd erməni nümayəndəsindən ikisi Rusiyanı dəstəkləmədi (onlardan biri səs vermədi, digəri isə “əleyhinə” düyməsini basaraq, sonradan bunun texniki səhv olduğunu dedi). Rusiya-Ermənistan münasibətlərində hansı problemli məsələlər var?

- Sual kifayət qədər çoxdur. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki illərdə qurulan Rusiya-Ermənistan münasibətləri modeli ermənilər tərəfindən şübhə altına alındı. Paşinyan bu münasibətlərin əsas təməllərini yenidən nəzərdən keçirmə prosesinə start verdi. Təbii ki, bu, Moskvanın xoşuna gəlmədi və gəlmir.

Razılaşma uzunmüddətli və dövlətlər arasında idi. Razılaşma Ermənistana rəhbərlik edən hansısa şəxsi ehtiva etmirdi. Rusiya bu məsələdə məntiqə uyğun olaraq, siyasi, diplomatik, iqtisadi və hərbi sahədə əməkdaşlıq edirdi.

Bu əməkdaşlıq reallaşdı. Ermənistan Avrasiya İqtisati Birliyinə, KTMT-yə üzv olaraq bir sıra inteqrasiya təşəbbüslərini dəstəklədi. Ermənistanın keçmiş rəhbərlikləri ilə yaranan anlaşılmazlıqlara baxmayaraq, erməni tərəfi bu paradiqmaya dəyişiklik etmədi. Paşinyan isə, hər şeyi dəyişmək istədi və bu, təsirsiz ötüşmədi.

KTMT-nin rəhbərini həbs edək, yoxlayaq, görək, KTMT nədir.

Avrasiya İqtisadi Birliyi - baxaq, görək, Ermənistan üçün nə dərəcədə faydalıdır. Rusiyanın Ermənistanda hərbi kontingenti hələlik sual altına alınmayıb. Amma burada bir sual meydana çıxır: Ermənistanda hərbi baza hansı əsasa görə inşa edilib? Bizə nə qədər ödəyirsiniz? 

İqtisadi model - Gəlin, əvvəllər imzalanmış müqavilələrə yenidən baxaq. Qarabağ məsələsinə görə razılaşma? Bunu bizimlə müzakirə etməyiblər.

Bax, məhz bu yolla Paşinyan bütün sistemi və razılaşmaları şübhə altına saldı. Ermənistanın yeni rəhbərliyi deyir ki, Rusiya müttəfiqdir, amma gəlin, mövqelərə yenidən nəzər salaq. Təbii ki, Moskva bundan narazıdır.

Yerevanın hələlik düşmənçilik mövqeyi açıq-aşkar deyil. Amma bu, Rusiyanı şübhələndirir.

Nikol Paşinyan yuxarıda göstərilən mövzuları müxtəlif dövrlərdə səsləndirib və yenidən nəzərdən keçirib. Bu, onun siyasətinin əsasıdır. Bununla yanaşı, Paşinyan məsələni qəlizləşdirəndə mövqeyini yumşaldır. Amma erməni Baş nazir uzun illər ərzində yaranan Moskva-Yerevan münasibətlərinin anlaşılan formatına qayıtmayıb.

- Yəni vaxtilə Avropa İqtisadi Birliyindən çıxmağa və Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməyə çağırışlar edən Paşinyan planlarından əl çəkməyib?

- Düşünürəm ki, belədir. Bu isə Rusiya tərəfindən xoş qarşılanmır. Bu, kifayət qədər uzun müddət davam edir. Amma Paşinyan hələ “qırmızı xətti” keçməyib.

- Hadisələrin növbəti inkişafı necə olacaq?

- Bunu demək çətindir. Rusiyada və post-sovet ölkələrində baş verən hadisələri nəzərə almaq lazımdır. 2024-cü il ərəfəsində Rusiyada (Vladimir Putinin səlahiyyət müddəti başa çatanda) dövlət başçısından öz kursuna fundamental, strateji əhəmiyyət verməsini, institutlaşdırılmasını gözləyirlər. O zaman rahat nəfəs almaq olar. Hələlik bu baş vermədiyi üçün Paşinyan və digər siyasətçilər post-sovet məkanında vəziyyəti qəlizləşdirirlər.

Rusiyanın müttəfiqləri ilə yeni problemləri var. Bu, əslində, təhlükəli oyundur. Əgər yeni mərhələdə Putinin siyasi kursu dəyişməsə, çətin anda dostlarını və partnyorlarını satanları cəza gözləyir.

Azərbaycan və Rusiya arasındakı münasibətlərə gəldikdə, düşünürəm ki, daha da yaxınlaşma və strateji partnyorluq müşahidə ediləcək ki, bunun memarı da İlham Əliyev və Putindir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR