Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Ali məktəblərdə 4 pedaqoji ixtisas üzrə təhsil xərcləri 29 faiz artırılıb

Ali məktəblərdə 4 pedaqoji ixtisas üzrə təhsil xərcləri 29 faiz artırılıb
Sakura

Ali məktəblərdə 4 pedaqoji ixtisas üzrə təhsil xərcləri 29 faiz artırılıb

Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 29 faizə qədər artırılıb.

Redaktor.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Başqa sözlə, bu ixtisaslar üzrə təhsilalanlara düşən təhsil xərci 1320 manatdan 1850 manata qaldırılıb.

Azərbaycan dili və ədəbiyyatı, dil və ədəbiyyat (dillər üzrə), xarici dil (dillər üzrə), riyaziyyat və informatika, riyaziyyat, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə), texnologiya, musiqi, tarix, tarix və coğrafiya, coğrafiya, informatika, təsviri incəsənət, ibtidai sinif, korreksiyaedici, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət və rəqs müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 23 faizə qədər artırılaraq 1320 manatdan 1710 manata qaldırılıb.

Filologiya (dil və ədəbiyyat göstərilməklə), fəlsəfə, tərcümə (dillər üzrə), jurnalistika və kitabşünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci də 23 faizə qədər artırılaraq 1620 manatdan  2100 manata çatdırılıb.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR