Slimfit
  1. CƏMİYYƏT

Ali məktəblərə qəbul imtahanlarının elan olunmamasının səbəbi açıqlandı

Ali məktəblərə qəbul imtahanlarının elan olunmamasının səbəbi açıqlandı
Sakura

Ali məktəblərə qəbul imtahanlarının elan olunmamasının səbəbi açıqlandı

“Hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək. Bu günə olan statistikaya görə 75 692 nəfər sənəd verib. Onlardan 12 853-ü əvvəlki illərin məzunlarıdır”.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O vurğulayıb ki, əvvəlki illərin məzunları ilə əlaqəli hələ ki cədvəl tutulmayıb: “Ola bilsin rəqəmlərdə müəyyən dəyişikliklər olsun”.

M.Abbaszadə bildirib ki, qəbul imtahanlarının vaxtı iyun ayının 5-dən sonra dəqiq elan olunacaq.

DİM sədri qeyd edib ki, sənəd qəbulu həmin gün bitəcək: “Yalnız bundan sonra sənəd verənlərin sayına uyğun hazırlıq işləri görülməlidir. Odur ki, iyunun 5-dən sonra tarixlər məlum olacaq”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR