Slimfit
  1. KOSMOS

Alimlər Ayın mənşəyinin nəzəriyyəsini təkrar gözdən keçirdilər

Alimlər Ayın mənşəyinin nəzəriyyəsini təkrar gözdən keçirdilər
Sakura

Alimlər Ayın mənşəyinin nəzəriyyəsini təkrar gözdən keçirdilər

Science Advances nəşrində yayımlanan Yapon alimlərinin araşdırmasına görə, Ay, Yerin nəhəng kosmik cisimlə toqquşması nəticəsində deyil, fərqli bir şəkildə meydana gələ bilərdi. Mütəxəssislər bu nəticəyə Ay orbitindəki peykin məlumatlarını təhlil edərək gəliblər.

Alimlər əmindirlər ki, gənc planetin nəhəng bir kosmik obyekt ilə toqquşması nəticəsində yer peykinin yaranmasını nəzərdə tutan "quru" Ay nəzəriyyəsinə yenidən baxılmalıdır. Ənənəvi konsepsiyaya görə, Ay səthindəki demək olar ki, bütün uçucu maddələr yüksək temperaturun təsiri altında buxarlanmışdır.

Bununla belə, mütəxəssislər, il yarım ərzində orbitdə olan "Kaquya" peykindən gələn məlumatları araşdıraraq, ayın karbon ionları və digər elementlərin güclü axınlarını saçdığını aşkar ediblər. Məlumatlar, astroloji cəmiyyətdə özünə yer tapmış Ayın mənşəyi nəzəriyyəsinə uyğun gəlmir.

Ens.az bildirir ki, aprel ayının əvvəlində ABŞ prezidenti Donald Tramp, Ayda resursların kommersiya məqsədilə işlənməsi layıhəsini təsdiqləyib. Bununla bağlı, Rusiya Kosmik Agentliyinin nümayəndələri amerikalıları kosmosu ələ keçirməyə çalışmaqda ittiham etmişdilər.

 

Mənbə: rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR