1 aprel 2020, çərşənbə
.
.
chevron_left chevron_right
TEXNOLOGİYA

Alimlər diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar

Alimlər diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar

150 Baxış
Alimlər diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar

Alimlər diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar. Supermikrocərrahiyyə üçün hazırlanmış qurğunun insan üzərində ilk sınaqları uğurlu olub. Bu haqda Eyndhoven Texnologiya Universitetinin alimlərinin “Nature Communications” jurnalında dərc edilmiş məqaləsində deyilir.

ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, supermikrocərrahiyyə əməliyyat zamanı son dərəcə kiçik damarların birləşdirilməsi (diametri 0,3-dən 0,8 millimetrədək) üçün nəzərdə tutulmuş yeni metoddur. Bu metod əksər hallarda limfedema (adətən süd vəzisi xərçənginin müalicəsindən sonra yaranan və şişə çevrilən xəstəlik) ilə mübarizədə istifadə olunur.

Belə damarların birləşdirilməsinin çətinliyini nəzərə alaraq hazırda yalnız az sayda cərrah supermikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir.

Tədqiqatçılar limfedema zamanı cərrahi yardım ala bilən xəstələrin sayını artırmaq üçün avtomatlaşdırılmış sistem (“MUSA”) hazırlayıblar.

Yaxın vaxtlarda istehsalçılar qurğunun sınaqlarını davam etdirəcəklər.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
H.Z.Tağıyevin imzası.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X