Slimfit
  1. TARİX

Alimlər Kentukki Mağarasında 330 milyon il qabaq daşa dönmüş köpək balıqlarının izlərini tapıblar

Alimlər Kentukki Mağarasında 330 milyon il qabaq daşa dönmüş köpək balıqlarının izlərini tapıblar
Sakura

Alimlər Kentukki Mağarasında 330 milyon il qabaq daşa dönmüş köpək balıqlarının izlərini tapıblar

Daşlaşmış qədim köpək balığının tapılması düşünməyə əsas verir ki, nə vaxtsa bu rayon köpək balıqlarıyla qaynaşırmış.

Ens.az xəbər verir ki, alimlər mağaranın dərinliklərində 15-20 fərqli köpəkbalığının qalıqlarını müəyyənləşdiriblər. Divardan qismən çıxmış böyük bir ağ rəngli bədheybət başın bir hissəsi xüsusi diqqət çəkir. Köpəkbalığı təxminən 330 milyon il əvvəl Mississippi adlanan geoloji zaman dövründə yaşayıb.

Köpək balıqlarının ölümündən sonra onların qalıqlarları çöküntüyə düşüb. Zamanla o mağaranın yarandığı əhəngdaşına çevrilib. Paleontoloqların fikrincə, müəyyən zaman qatından bu sayda qalmaq köpək balıqlarının yeni rekordudur. Tapıntıların arasında çoxlu sayda köpək balığının dişinə və çənəsinin hissəsinə rast gəlinib.

Dişləri araşdırdıqdan sonra, paleontoloqlar tapıntının Saivodus striatus adlı növün bir hissəsi olduğunu müəyyən ediblər. Bunlar təxminən müasir böyük ağ köpək balığı boyda heyvanlar imiş. Alimlərin fikrincə, hələ də qayaya neçə köpək balığı basdırıldığını bilmirlər. Mağaralar xüsusi bir mühit olduğuna görə onlardan böyük qaya parçalarını çıxarmaq çətindir.

Mağaranın bu hissəsinə çatmaq alimlərə elə də adan olmayıb, onların dediklərinə görə, "yırtıcılarına" qovuşmaq üçün uzun müddət dörd tərəfə sürünməli olmuşlar. Mağarada aşkar olunan nümunələri düzgün qaydada qazımaq üçün uyğun avadanlıq gətirmək də asan olmayıb.

Tədqiqatçılar qədim heyvanların daha zəngin müxtəlifliyini əldə etmək üçün bir dəst nümunə götürməyə ümid edirlər. Onlar araşdırmalarının ilkin nəticələrini bu ilin oktyabr ayında Onurğalı Paleontoloqlar Cəmiyyətinin iclasında təqdim etməyi planlaşdırırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR