Slimfit
  1. ELM

Alimlər uğurlu imtahan üçün yuxu müddətini açıqladı

Alimlər uğurlu imtahan üçün yuxu müddətini açıqladı
Sakura

Alimlər uğurlu imtahan üçün yuxu müddətini açıqladı

Ens.az xəbər verir ki, Beylor Universitetinin psixoloqları imtahanlara hazırlıq zamanı yuxunun nə dərəcədə faydalı olduğunu aydınlaşdırıblar. Araşdırmanın nəticələri Teaching of Psychology və Journal of Interior Design jurnallarında dərc olunub.

İşin əsasında imtahanlara hazırlıq üçün materialın öyrənilməsi lehinə yuxunu qurban verməyin daha yaxşı seçim olması dayanır.

Eksperimentdə iki istiqamətin - psixologiya və dizayn tələbələri iştirak edirdilər. Onlar imtahandan əvvəl bütün həftə ərzində hər gün 8 saat yatmalı idilər. Sınaq iştirakçılarında yuxu və ayıqlıq fazalarını xüsusi bilərziyin köməyi ilə ölçürdülər.

Araşdırmanın nəticələrinə əsasən eksperimentin iştirakçıları hər iki qrupda yuxuya məhəl qoymayanlardan daha çox bal topladı.

Beləliklə, alimlər yeni biliklərin daha yaxşı mənimsənilməsi və imtahanların verilməsi üçün sağlam səkkiz saatlıq yuxunun lazımlı olduğunu sübut etdilər.

 

Mənbə: Life.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR