Slimfit
  1. ELM

Alimlər xərçəng hüceyrələri müxtəlifliyinin yeni mənbəyini tapıblar

Alimlər xərçəng hüceyrələri müxtəlifliyinin yeni mənbəyini tapıblar
Sakura

Alimlər xərçəng hüceyrələri müxtəlifliyinin yeni mənbəyini tapıblar

Xərçəng xəstəliyinin müalicəsində müxtəlif bədxassəli hüceyrələr böyük problem olaraq qalır. Avstraliya alimləri, onların necə yeni xüsusiyyətləri əldə etməyi bacardığını və nəticədə metastazlarla bədənə daha sürətli yayıldığını aşkar ediblər.

Xərçəng hüceyrələrinin əksəriyyəti kimyaterapiya ilə öldürülə bilər, lakin bədxassəli hüceyrələr bir-birlərindən öz həssaslıqlarına görə fərqlənir, buna görə də bəziləri müalicədən "yayına" bilir. Xərçəng hüceyrələrinin müxtəlifliyi, xəstəliklə mübarizədə universal alətlərin istifadəsini nisbətən çətinləşdirir. Sidney Universiteti alimlərinin həyata keçirdikləri araşdırmalar bu çətin vəziyyətin öhdəsindən gələ bilər.

Alimlər xərçəng hüceyrələrinin müxtəlifliyinin tamamilə yeni mənbəyini kəşf ediblər. Bunun, xərçəng xəstəliyinin müalicəsində istifadə edilən yeni üsulların təkmilləşdirilməsində böyük əhəmiyyəti var.

Əvvəllər müxtəlifliyin , əsasən, xərçəng hüceyrələrinin genetik dəyişməsi ilə əlaqədar olduğuna inanırdılar. Daha sonra, 2012-ci ildə elm adamları aşkar etdilər ki, xərçəng hüceyrələri öz tərkibini sağlam fibroblastlarla (birləşdirici toxuma hüceyrələri) dəyişirlər , lakin bu qarşılıqlı təsir mexanizmi naməlum olaraq qalıb.

Yeni araşdırmalarda, ehtimal edilir ki, hüceyrələrarası müvəqqəti mikro birləşmələr sitoplazmanın qonşu hüceyrəyə "sıçramasına" imkan yaradır. Uzun müddət davam edən təcrübələr bu fikri təsdiqləyib.

Araşdırmanın müəllifi Hanson Zellner bildirib : "Xərçəng hüceyrələrini daha aqressiv hala gətirən, əvvəllər məlum olmayan yeni bir bioloji mexanizm kəşf etdik" .

Bu qarşılıqlı təsir nəticəsində xərçəng hüceyrələri ölçü və forma baxımından müxtəlif olur və bədən boyunca daha sürətlə yayılır. Ilkin təcrübələr , bu mexanizmin kimyaterapevtik dərmanların təsirinə maneə törətdiyini də göstərib.

Kəşf , xərçəngin müalicəsində yeni bir terapevtik hədəfə işarə edir. "Artıq nə baş verdiyini bilirik və hüceyrələrarası mikro birləşməni dayandıran üsulu tapmaqla qarşılıqlı təsir mexanizminin qarşısını ala bilərik" deyə Zellner əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Amerika alimləri xərçəng hüceyrələrinin davranışını izləyən və sağlam toxumalara nüfuz etməsi haqqında məlumat verən bir cihaz hazırlayıb.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR