30 mart 2020, bazar ertəsi
.
.
chevron_left chevron_right
KOSMOS

Alimlərdən yeni kəşf: bu planetdə 1 il cəmi 18 saatdır

Alimlər bir ilin 18 saatdam ibarət olduğu planet kəşf ediblər

371 Baxış
Alimlərdən yeni kəşf: bu planetdə 1 il cəmi 18 saatdır

Ens.az xəbər verir ki, Britaniya astronomları dovşan bürcündə NGTS-10 ulduzu ətrafında rekord bir həddə 18 saat ərzində tam dövrə vuran planet kəşf ediblər. Bu barədə fevralın 20-də " Monthly Notices of Royal Astronomical Society" (Kral Astronomik Cəmiyyətinin elmi aylıq bildirişləri) elmi jurnalında məlumat verilib.

Alimlər planeti NGTS-10b -nin rekordçusu adlandırıblar. Planetin sirri ondadır ki, onu ulduzdan 2,5 milyon kilometr məsafə ayırır. Günəş sistemində ulduza ən yaxın plamet Merkuridir. Bununla yanaşı, ondan Günəşə qədər - təqribən 58 milyon kilometrdir və bir dövrə 88 gün çəkir.

NGTS-10b ilə Yerd arasında məsafə min işıq ilindən çoxdur. Ölçüsü və kütləsi baxımından Günəşin təqribən üçdə biri qədərdir. Tədqiqatçılar planeti ulduzunun parlaqlığında dalğalanma müşahidə etdikdə tapıblar. Yaşı 10 milyard il qiymətləndirilən sarı cırtdanın ölçüsü və kütləsi baxımından Günəşdən təxminən üçdə biri qədər olduğunu da dərhal təsbit ediblər.

Warwick Universitetinin professoru Ceyms Makkormakın sözlərinə görə, NGTS-10b kimi planetlər olduqca nadirdir. Ulduzlarına o qədər yaxındırlar ki, disklərindən keçirlər, bu da nəzəri cəhətdən tapmağı asanlaşdırır. Əslində, son illərdə aparılan araşdırmalarda astronomlar bir gündən az orbital dövrü olan yalnız yeddi planet tapmağa nail olublar.

Bununla belə, NGTS-10b'ın fərqli bir xüsusiyyəti, onun orbitinin mütləq sabit olmamasıdır. Alimlər bunun ulduza tədricən yaxınlaşdığını, nəticədə növbəti on il ərzində "il" in daha 7 saniyə azalacağını düşünürlər. Astronomların fikrincə, planet daha 38 milyon il yaşayacaq, bundan sonra ulduzun üst atmosferinə düşəcəkdir.

NGTS-10b isti bir yupiterdir. Elm adamları öz ulduzlarına bu qədər yaxın fırlanan planetləri qaz nəhəngləri adlandırırlar, çünki onların atmosferləri 727-1027 dərəcəyə qədər istiləşir. Bu da öz növbəsində planetlərin atmosferinin qeyri-adi birləşmələrdən ibarət olmasına gətirib çıxarır: yaqut və ya sapfirdən yağış yağır, buludların mərkəzində isə qurğuşun və şüşə var.


Tərcüməçi: Fəxri Qocayev


Mənbə: news.rambler.ru




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X