Slimfit
  1. SİYASƏT

Almaniya səfiri: “Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı siyasətini dəstəkləyirik”

Almaniya səfiri: “Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı siyasətini dəstəkləyirik”
Sakura

Almaniya səfiri: “Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı siyasətini dəstəkləyirik”

Azərbaycanın keçdiyi inkişaf yolu, bugünkü reallıqlar, uğurlu əməkdaşlığı şərtləndirir. Bu əlaqələr, həm müsəlman dünyası, həm də Avropa ölkələri istiqamətində getdikcə genişlənir. Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələri barədə AzTV-yə eksklüziv müsahibə verib. Səfir bildirib ki, Azərbaycan və Almaniya xeyli vaxtdır ki, əlaqələrə malikdir: “Bu əlaqələr, həm dövlətlər, həm də xalqlar arasında mövcuddur. Biz həmçinin sərmayə qoyuluşunda aktiv fəaliyyət göstəririk. Azərbaycan müstəqillik əldə etdikdən sonra Almaniya səfirliyini burada açan ilk ölkələrdəndir. Zaman keçdikcə ölkələr arasında dostluq və intensiv əlaqələr xeyli inkişaf etdi. Almaniya üçün Azərbaycan coğrafi yerləşməsinə görə də böyük rol oynayır. Azərbaycan eyni zamanda, Almaniya üçün neft və qaz tədarük edən ölkədir. Təbii ki, həm iqtisadi, həm siyasi, həm də geosiyasi vəziyyət yaxın əlaqələrə öz töhfəsini verməkdədir”. İki ölkə arasındakı iqtisadi əlaqələrin əhəmiyyətindən danışan səfir vurğulayıb ki, Azərbaycan və Almaniya hazırda bir çox sahələrdə olduğu kimi, bir-biri ilə enerji sahəsində də sıx əlaqə qurub: “Trans-Adriatik Qaz Boru Kəmərini də demək istərdim, hansı ki, Azərbaycan qazını Avropaya çatdırır. Almaniya bunu yüksək qiymətləndirir. Əminəm ki, iqtisadi əlaqələr daha da möhkəmlənəcək. Biz həmçinin, iqtisadiyyatın indiki vəziyyətini qeyri-neft sektoruna əsasən daha da genişləndirməkdə maraqlıyıq. Mən Almaniyanın Azərbaycandakı birbaşa sərmayə qoyuluşu prosesini yüksək qiymətləndirirəm. Hazırda ölkələr arasında milyonlarla avro dəyərində sərmayələr qoyulur. Bu, əslində hər iki ölkənin uğurudur. Vəziyyət ürəkaçandır, qarşılıqlı şəkildə ticarətimizi daha da genişləndiririk”. Almaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə gəlincə, səfir qeyd edib ki, Dağlıq Qarabağ uzun sürən bir münaqişədir: “Almaniya ATƏT-in Minsk Qrupunda aktiv fəaliyyət göstərir və onun bir hissəsidir. Bizim münaqişə ilə bağlı mövqeyimiz bəllidir. Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı siyasətini dəstəkləyirik. Almaniya Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas götürərək, münaqişənin həlli istiqamətində bütün səylərini nümayiş etdirir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR