Slimfit
  1. İDMAN

Altı ildən sonra azarkeşlərə stadionda matç izləməyə icazə verildi

Altı ildən sonra azarkeşlərə stadionda matç izləməyə icazə verildi
Sakura

Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər

Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən Misirin gənclər və idman naziri Əşrəf Sobhi bu qərarın ölkənin Nazirlər Sovetinin təsdiqindən sonra qəbul edildiyini deyib.

Nazir bildirib ki, misirli azarkeşlərin tribunalara qayıtması məsələsi ölkənin Futbol Assosiasiyası və klubların təmsilçiləri ilə razılaşdırılıb. İlk mərhələdə stadionlara beş minə qədər adam buraxılacaq.

Qeyd etmək lazımdır ki, 2012-ci ilin fevralında Port-Səid şəhərindəki stadionda faciəli insidentdən sonra Misirdə stadionlara giriş qadağan olunub.

Həmin vaxt ev sahibi “Əl-Məsri” və Qahirənin “Əl-Əhli” klubları arasında keçirilən matç zamanı tribunalarda baş vermiş kütləvi dava və basabas nəticəsində 70 azarkeş həyatını itirmişdi.

Kamil HƏMZƏOĞLU

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR