Slimfit
  1. TEXNOLOGİYA

Amazon işçilərini maşınlarla əvəz edə bilər

Amazon işçilərini maşınlarla əvəz edə bilər
Sakura

Amazon işçilərini maşınlarla əvəz edə bilər

Ens.az xəbər verir ki, internet nəhəngi Amazon anbar işçilərini müasir avtomatlaşdırılmış maşınlarla əvəz etmək barədə ciddi düşünür. 

Bu barədə dünən Daily Mail layihə ilə bağlı olan mənbəyə istinadən xəbər verib. 

Mənbələrə görə, belə avtomatlaşdırma mexanizmləri artıq şirkətə məxsus bir neçə anbarda sınaqdan keçirilir. 

Nəşrin məlumatına görə, xüsusi konveyerlərdə robotlar əşyaları skan edəcək və sonra etibarlı şəkildə qablaşdıracaq. 

Qeyd olunur ki, robotların sürəti bir saatda 600-700 qutu olacaq ki, bu da adi işçilərdən 4-5 dəfə çoxdur. 

Amazon onlarla anbarda bu şəkildə 24 vəzifəni ixtisar etməklə bu cihazları quraşdırmağı planlaşdırır. 

Hər maşının qiymətinin 1 milyon dollar olmasına baxmayaraq, şikrət xərcləri iki il ərzində kompensasiya etməyi düşünür. 

“Biz gözləyirik ki, effektivliyin artırılması ilə qənaət olunmuş pullar müştərilər üçün yeni xidmətlərə yönəldiləcək, bu xidmətlər də öz növbəsində yeni iş yerləri yaradacaq”, - şirkətin rəsmi nümayəndəsi bildirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR