Slimfit
  1. MEDİA

AMEA MEK-in sektor müdiri, doktorant Təranə Rüstəmova Türkiyənin Bengütürk televiziya kanalına müsahibə verib

AMEA MEK-in sektor müdiri, doktorant Təranə Rüstəmova Türkiyənin Bengütürk televiziya kanalına müsahibə verib
Sakura

AMEA MEK-in sektor müdiri, doktorant Təranə Rüstəmova Türkiyənin Bengütürk televiziya kanalına müsahibə verib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Biblioqrafiya şöbəsinin Biblioqrafik vəsaitlərin hazırlanması sektorunun müdiri, AMEA Əlyazmalar İnstitutunun doktorantı Təranə Rüstəmova Türkiyənin Bengütürk televiziya kanalının “Maziden Atiye” verlişinə müsahibə verib. Canlı bağlantı zamanı “Qarabağın azadlığı uğrunda Vətən savaşı” mövzusunda aparıcı Cafer Kardaşın suallarını cavablandıran T.Rüstəmova Xocalı faciəsi haqqında geniş məlumat verərək, Qarabağın işğalı zamanı ermənilərin qadınlara, uşaqlara qarşı etdikləri işgəncələri, vəhşilikləri  tarixi faktlarla diqqətə çatdırıb.

Qeyd edək ki, bir müddət əvvəl də, beynəlxalq elmi konfransların iştirakçısı olan və çıxışlarında Qarabağ münaqişəsinə, maddi-mədəni irsimizin məhv edilməsinə xüsusi önəm verən Təranə Rüstəmovanın Ankarada baş tutan "Toplum, kadın ve şiddet" adlı beynəlxalq simpoziumda "Qarabağın işğalı zamanı ermənilərin qadınlara qarşı şiddət və vəhşilikləri (1988-1994)" adlı məruzəsi də, iştirakçıların böyük marağına səbəb olmuşdu.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR